Ikma

Logistika üzrə mütəxəssis

Ikma
Ə/h razılaşma ilə
1781
Tam iş günü
Bakı, Azərbaycan
05.08.2025 03:57 - 05.09.2025 12:00

İş haqqında məlumat

  • Malların və materialların vaxtında və sərfəli şəkildə çatdırılmasını təmin etmək üçün logistika strategiyalarını hazırlamaq və həyata keçirmək;
  • Yüklərin problemsiz göndərilməsi üçün beynəlxalq agentlər, daşıyıcılar, gəmiçilik şirkətləri, aviaşirkətlər və gömrük orqanları ilə koordinasiyalı işləmək;
  • Effektivliyi artırmaq məqsədilə nəqliyyat marşrutlarını, anbar əməliyyatlarını və inventar nəzarətini idarə etmək və optimallaşdırmaq;
  • İdxal və ixrac əməliyyatlarının beynəlxalq ticarət qaydalarına və yerli qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
  • Logistika fəaliyyətlərinin təhlükəsizlik, keyfiyyət və ətraf mühit qaydalarına uyğunluğunu təmin etmək.

İş şəraiti:

  • Ünvan: AGA Business Center;
  • Əmək haqqı: Müsahibə əsnasında təyin olunur;
  • İş vaxtı: 5/7 , 09:00-18:00.

Müraciət üçün: CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və e-mailin mövzu hissəsində “Logistika üzrə mütəxəssis” qeyd etməyi unutmayın.

Tələblər

  • Yükdaşıma və logistika, təchizat zənciri və ya nəqliyyatın idarə olunması sahəsində minimum 2 illik iş təcrübəsi;
  • Gömrük rəsmiləşdirilməsi prosedurları, idxal/ixrac qaydaları və beynəlxalq yükdaşıma əməliyyatları üzrə güclü biliklər;
  • İngilis dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
  • ERP sistemləri və logistika idarəetmə proqramları ilə iş təcrübəsi üstünlük sayılır;
  • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint, Outlook) yüksək səviyyədə bacarıqlar;
  • Güclü analitik düşünmə, problem həll etmə və danışıqlar aparma bacarığı.