Bakı,
Azərbaycan
25/12/2025
-
08/01/2026
İş haqqında məlumat
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Logistika üzrə mütəxəssis” (bəy namizəd) vəzifəsinə işə qəbul elan edir.
- İxrac olunan məhsulun təyinat nöqtəsinə vaxtında çatdırılmasını təmin etmək;
- Yüklənəcək nəqliyyat vasitələrinin müvafiq ünvanlara yönləndirilməsi, sürücülər və logistika şirkətləri ilə işin təşkili;
- Müştərilərə sifarişlərin icra gedişi, çatdırılmanın mərhələləri və cari statusu barədə mütəmadi və dəqiq məlumatların verilməsi, yaranan sualların operativ şəkildə cavablandırılması;
- Daşımalar zamanı qarşıya çıxan bütün problemlərin operativ şəkildə həll edilməsi, müştəri və sürücülərlə əlaqələrin koordinasiyası, logistika proseslərinin fasiləsiz davam etməsinin təmin olunması;
- Nəqliyyat xərclərinin proqramda düzgün və vaxtında qeyd edilməsi, xərclərin izlənməsi və hesabatların hazırlanması.
İş barədə məlumat
- 5 günlük iş həftəsi (09:00-18:00)
- Iş yeri Binə qəsəbəsində yerləşir;
- Koroğlu mt/s servis avtobusu vardır;
- Nahar şirkət tərəfindən təmin edilir..
- Əmək haqqı razılaşma yolu ilə.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üstünlükdür);
- Logistika və daşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Rus-dili mükəmməl (ingilis dili arzu ediləndir);
- Microsoft Office proqramları, 1C 8.3 ERP və logistika proqramları ilə işləmək bacarığı;
- Təşkilatçılıq və vaxt idarəetmə bacarıqları;
- Problemləri operativ və səmərəli şəkildə həll etmə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı və müştəri yönümlü yanaşma;
- Yüksək səviyyədə məsuliyyət və təşəbbüskarlıq;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.