Modern Construction Group

Logistika üzrə mütəxəssis

Modern Construction Group
Ə/h razılaşma ilə
738
Tam iş günü
Bakı, Azərbaycan
25/02/2026 - 11/03/2026

İş haqqında məlumat

  • Tikinti obyektləri üçün material və avadanlıqların logistikasının təşkil edilməsi;
  • Daşımaların planlaşdırılması və nəqliyyat vasitələrinin koordinasiyası;
  • Təchizatçılar və podratçılarla əlaqələrin idarə olunması;
  • Anbar ehtiyatlarının uçotu və material axınının optimallaşdırılması;
  • Logistika xərclərinin analizi və optimallaşdırılması yollarının hazırlanması;
  • Daşınma sənədlərinin (faktura, waybill, sifariş formaları və s.) düzgün tərtibinə nəzarət;
  • Tikinti sahələrinə materialların vaxtında çatdırılmasına nəzarət;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş yeri: 28 may, Qış parkının yanı


 

Tələblər

  • Ali təhsil (müvafiq sahələr üzrə – logistika, iqtisadiyyat, mühəndislik və s. üstünlükdür);
  • Logistika və ya təchizat sahəsində minimum 5 il iş təcrübəsi (tikinti sektorunda təcrübə arzuolunandır);
  • Yerli və beynəlxalq daşımalar, gömrük və logistika prosedurları haqqında biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel);
  • Güclü təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək və vaxtın idarə olunması bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı üstünlükdür.

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.