MG Transport

Logistika üzrə Satış rəhbəri

MG Transport
1500 - 2500 ₼
1834
Tam iş günü
Bakı, Azərbaycan
18/02/2026 - 04/03/2026

İş haqqında məlumat

  • Logistika əməliyyatları üzrə yeni yerli və xarici potensial koorporativ müştərilərin cəlb edilməsi, satış həcminin artırılması, şirkətin təmsili. 

Əsas Vəzifə və Məsuliyyətlər:

  • Yeni potensial müştərilərin axtarışı, cəlb edilməsi;
  • Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi;
  • Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
  • Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq, məmnuniyyəti və satış sonrası əlaqəni qorumaq
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək və ya təkliflər hazırlamaq;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Ödənişlərin vaxtında icrası üçün müştərilərlə danışıqların aparılması.
  • Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq hesabatların verilməsi;
  • Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icra edilməsi.

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat
  • Əmək haqqı: 1500 – 2500 manat

Tələblər

  • Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
  • Yaş: 25-40
  • Korporativ satış üzrə minimum 5 illik satış təcrübəsi.( Beynəlxalq logistika və gömrük prosedurları üzrə satışa üstünlük verilir)
  • Rus və  Ingilis dil bilikləri arzuolunandı
  • Müştəri portfeli formalaşdırmaq təcrübəsi.
  • Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı.
  • Satış planlarını hazırlamaq, icra etmək, həftəlik ,aylıq hesabatlar təqdim etmək bacarığı.
  • Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi.
  • Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı.
  • Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Outlook və s);
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları
  • Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
  • Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.