Avto Motor Servis

Logistika və İnzibati Koordinator

Avto Motor Servis
800 - 1200 ₼
1896
Tam iş günü
Bakı, Azərbaycan
11.08.2025 04:25 - 11.09.2025 12:00

İş haqqında məlumat

  • Xarici tədarükçülərdən yüklərin çatdırılması üçün nəqliyyat vasitələrinin ayrılmasını təşkil etmək;
  • Göndəriş sənədlərinin yoxlanılması, uyğunsuzluqların düzəldilməsi;
  • Sığorta işlərinin təşkili və sığorta şirkətləri ilə yazışma;
  • Satış sənədlərinin (qiymət protokolu, təhvil-təslim aktı, qaimə) düzgünlüyünə nəzarət;
  • İdarə heyətinə sənədləşmə və hesabatlarda dəstək;
  • HR proseslərində (vakansiya yerləşdirilməsi, CV toplama) iştirak;
  • Arxivləşdirmə və sənəd dövriyyəsinə nəzarət;
  • Nəqliyyat xərcləri üzrə hesabatların hazırlanması.

İş şəraiti:

  • Əmək haqqı: 800 – 1200 AZN (müsahibə nəticəsinə əsasən);
  • 5,5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə tam iş günü, Şənbə – qısa iş günü;
  • İş vaxtı: 09:00 – 18:00 (Şənbə: 09:00 – 14:00);
  • Rəsmi əmək müqaviləsi.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (arzuolunandır);
  • Logistika və nəqliyyat üzrə təcrübə (üstünlükdür);
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dili orta səviyyə;
  • MS Office proqramlarında yaxşı biliklər;
  • Kompüter və ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • ChatGPT və oxşar süni intellekt alətləri ilə işləmə təcrübəsi (üstünlükdür);
  • Məsuliyyətlilik, təşkilatçılıq bacarığı, diqqətlilik;
  • Incoterms, gömrük sənədləşməsi, sığorta prosedurları barədə biliklər üstünlükdür;
  • Xanım namizədlərə üstünlük verilir.


Oxşar vakansiyalar