Bakı,
Azərbaycan
12.08.2025 05:02
-
12.09.2025 12:00
İş haqqında məlumat
- Xarici tədarükçülərdən malların vaxtında yüklənməsi və çatdırılması üçün nəqliyyatın təşkili;
- Yükləmə sənədlərinin (qaimə-faktura, CMR, qablaşdırma siyahısı və s.) yoxlanılması və düzəlişlərin edilməsi;
- Yüklərin sığortalanması üçün sığorta şirkətləri ilə əlaqə;
- Qiymət razılaşma protokolları, təhvil-təslim aktları və satış qaimələrinin düzgünlüyünə nəzarət;
- Rəhbərliyə hesabatlar, sənədləşmə və inzibati işlərdə dəstək;
- Vakansiyaların yerləşdirilməsi və ilkin HR proseslərində iştirak;
- Kağız və elektron sənədlərin arxivləşdirilməsi;
- Nəqliyyat xərcləri və yüklərlə bağlı hesabatların hazırlanması.
İş şəraiti:
- Əmək haqqı: 800 – 1200 AZN (müsahibə nəticəsinə əsasən);
- B.e–Cümə tam iş günü, Şənbə – qısa iş günü;
- Rəsmi əmək müqaviləsi.
CV-lərinizi mövzu hissəsində "Logistika və İnzibati Koordinator" qeyd etməklə [email protected] ünvanına göndərin.
Tələblər
- Ali təhsil (arzuolunandır);
- Logistika və nəqliyyat koordinasiyası üzrə təcrübə (üstünlükdür);
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyə;
- MS Office (Excel, Word, PowerPoint) üzrə yaxşı biliklər;
- Kompüter və ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- ChatGPT və oxşar süni intellekt alətləri ilə işləmə təcrübəsi (üstünlükdür);
- Dəqiqlik, məsuliyyətlilik, təşkilatçılıq bacarığı;
- Incoterms, gömrük sənədləşməsi və sığorta prosedurları barədə biliklər (üstünlükdür);
- Xanım namizədlərə üstünlük verilir.