Resm Jewelry

Luxury Sales Consultant (Satış Məsləhətçisi)

Resm Jewelry
Ə/h razılaşma ilə
348
Tam iş günü
Bakı, Azərbaycan
22/07/2026 - 05/08/2026

İş haqqında məlumat

RESM Jewelry zərgərlik sənətini zövq, incəlik və yüksək xidmət mədəniyyəti ilə birləşdirən premium brenddir. Biz komandamıza yalnız satış etməyi bacaran deyil, Resm brendini peşəkar şəkildə təmsil edə bilən Luxury Sales Consultant axtarırıq. Əgər zərif ünsiyyətə, estetik zövqə və detallara xüsusi diqqət yetirirsinizsə, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik.

Əsas vəzifələr:

  • Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, premium xidmət standartlarına uyğun alış-veriş təcrübəsi yaratmaq.
  • Müştərinin ehtiyac və zövqünü düzgün müəyyən edərək ona ən uyğun zərgərlik məmulatlarını təqdim etmək.
  • Məhsulların xüsusiyyətləri, materialı, dizaynı və istifadə qaydaları barədə ətraflı və düzgün məlumat vermək.
  • Satış prosesini yüksək xidmət etikası və müştəri məmnuniyyəti prinsiplərinə uyğun idarə etmək.
  • Vitrinlərin estetik görünüşünü, səliqəsini və premium təqdimat standartlarını daim qorumaq.
  • Müştəri məlumatlarını daxili sistemə daxil etmək və müştəri bazasının inkişafına dəstək vermək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • İş yeri: 28 May metrosu yaxınlığı
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Peşəkar və dəstəkləyici iş mühiti

Əmək haqqı namizədin peşəkar təcrübəsi, bilik və bacarıqları nəzərə alınmaqla, müsahibənin nəticələrinə əsasən müəyyən edilir.

Tələblər

  • Xanım namizədlər
  • Yaş: 20–45
  • Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət bacarığı
  • İngilis dili biliyi üstünlükdür
  • Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Estetik zövq, etiket və davranış mədəniyyəti
  • Məhsullara qarşı diqqətli, məsuliyyətli və səliqəli olmaq
  • Komandada işləmək bacarığı və nəticəyönümlü yanaşma

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun