Veysəloğlu-Rossmann

Maddi Vəsaitlər üzrə aparıcı mütəxəssis

Veysəloğlu-Rossmann
Ə/h razılaşma ilə
941
Tam iş günü
Bakı, Azərbaycan
03.11.2025 03:59 - 03.12.2025 12:00

İş haqqında məlumat

  • Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod açmaq;
  • Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək ,vəsaitlər haqqında məlumatların sistemə daxil edilməsinə nəzarət etmək;
  • Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və operativ inventarizasiyasını aparmaq və vəsaitlərin əməkaşlara təhvil-təslim aktı üzrə təhkim etmək;
  • Əsas vəsaitlərin kodlaşdırılmasını təmin etmək;
  • Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək ,hər bir yerdəyişmə üçün təhvil-təslim aktı tərtib etmək;
  • Satış edilmiş və digər bizneslərdə istismar edilən əsas vəsaitlərin uçotunun düzgün aparılmasını təmin etmək;
  • Təmirə ehtiyacı olun əsas vəsaitləri (tehvil-teslim aktı ilə) təmirə göndərmək;
  • İşdən ayrılan əməkdaşlara təhkim olunmuş vəsaitləri yoxlayaraq təhvil almaq;
  • Rüblük və illik maliyyə və mühasibat hesabatlarının tərtibi üçün həqiqi və etibarlı uçot göstəricilərinin və məlumatların hazırlanması.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə;
  • Tibbi sığorta;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maddi Vəsaitlər üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Tələblər

  • Ali təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznes idarəçiliyi və ya əlaqəli ixtisaslar;
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
  • Xarici dil biliyi: Azərbaycan dili. Rus və ingilis dili arzu olunandır
  • Ofis proqramlarında işləmək bacarığı
  • Təchizat və anbar idarəçiliyi haqqında biliklər (sifariş, qəbul, saxlanma, paylama prosesləri);
  • MS Excel biliyi
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Analitik və sistemli düşüncə.


Oxşar vakansiyalar