Camal LTD

Maddi vəsaitlər üzrə mütəxəssis

Camal LTD
Ə/h razılaşma ilə
2301
Tam iş günü
Bakı, Azərbaycan
13.08.2025 10:45 - 13.09.2025 12:00

İş haqqında məlumat

  • Yeni alınmış vəsaitlərin sistemə daxil edilməsinə nəzarət etmək;
  • Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək ,vəsaitlər haqqında məlumatların sistemə daxil edilməsinə nəzarət etmək;
  • Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və operativ inventarizasiyasını aparmaq və vəsaitlərin əməkaşlara təhvil-təslim aktı üzrə təhkim etmək;
  • Əsas vəsaitlərin kodlaşdırılmasını təmin etmək;
  • Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək , hər bir yerdəyişmə üçün təhvil-təslim aktı tərtib etmək;
  • Satış edilmiş və digər bizneslərdə istismar edilən əsas vəsaitlərin uçotunun düzgün aparılmasını təmin etmək;
  • Təmirə ehtiyacı olun əsas vəsaitləri (tehvil-teslim aktı ilə) təmirə göndərmək;
  • İşdən ayrılan əməkdaşlara təhkim olunmuş vəsaitləri yoxlayaraq təhvil almaq;
  • Rüblük və illik maliyyə və mühasibat hesabatlarının tərtibi üçün həqiqi və etibarlı uçot göstəricilərinin və məlumatların hazırlanması;

Digər məlumatlar:

  • 6 günlük iş həftəsi, tam iş günü;
  • Vəzifə üzrə əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir;
  • Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu).

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya muhasibat uçotu üzrə ali təhsil;
  • Əsas vəsaitlərin idarəolunması sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
  • SAP və ya digər ERP proqram bilikləri;
  • İşdə dəqiqlilik və detallara fikirvermə qabiliyyəti;
  • Analitik təhlil, çevik qərarvermə və komandada işləmə bacarığı.