Tamstore

Maddi vəsaitlər üzrə mütəxəssis

Tamstore
Ə/h razılaşma ilə
636
Tam iş günü
Bakı, Azərbaycan
03.10.2025 11:34 - 03.11.2025 12:00

İş haqqında məlumat

  • Müəssisənin balansında olan maddi vəsaitlərin (avadanlıq, inventar, ləvazimat və s.) uçotunu aparmaq;
  • Maddi vəsaitlərin saxlanması, bölüşdürülməsi və istifadəsinə nəzarət etmək;
  • Gələn malların qaimə-fakturalar və digər müşayiətedici sənədlər əsasında qəbulunu təşkil etmək;
  • Daxili təhvil-təslim aktları üzrə vəsaitlərin struktur bölmələrə ötürülməsini təmin etmək;
  • Maddi vəsaitlərin qorunması, düzgün saxlanması və vaxtında təmir olunmasına nəzarət etmək;
  • İllik və dövri inventarizasiya prosesində iştirak etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Maddi vəsaitlərlə bağlı hesabatları tərtib edib rəhbərliyə təqdim etmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil(müvafiq ixtisas üzrə);
  • Təcrübə 1-3il.


Oxşar vakansiyalar