Göyçay,
Azərbaycan
20/11/2025
-
20/12/2025
İş haqqında məlumat
- Satılan nömrələrin, məhsulların və xidmətlərin Excel-də dəqiq uçotunu aparmaq, siyahıları yeniləmək və arxivləşdirmək;
- Daxili və xarici strukturlarla (anbar, filiallararası, user və s.) məhsul, avadanlıq və sənədlərə dair təhvil-təslim aktlarını düzgün şəkildə hazırlamaq və rəsmiləşdirmək;
- Yeni istifadəçilərin (User) və abunəçilərin açılması, dəyişdirilməsi və bağlanması üçün tələb olunan sənədlərin tam toplanmasını və sistemə düzgün daxil edilməsini təmin etmək;
- Rəhbərliyə təqdim edilmək üçün gündəlik, həftəlik və aylıq hesabatları (əməliyyat, sənədləşmə, inventar və s.) hazırlamaq;
- Mağazaya aid bütün sənədlərin (aktlar, müqavilələr, hesabatlar) fiziki və elektron arxivinin sistemləşdirilməsi və qorunmasını təmin etmək;
- Mağazanın əməliyyat fəaliyyətinə dair həftəlik rutin plan hazırlamaq və icrasını Mağaza Meneceri ilə birlikdə nəzarətdə saxlamaq;
- Yeni nömrələrin aktivasiya prosesində inzibati və texniki dəstək göstərmək;
- Ofis ləvazimatları, çap materialları və digər sənədləşmə formalarının ehtiyatını izləmək, sifarişlərin vaxtında verilməsini təmin etmək;
- Mağaza Meneceri tərəfindən verilən digər inzibati və əməliyyat tapşırıqlarının icrası.
İş şərtləri:
- Əmək haqqı: Namizədin iş təcrübəsindən asılı olaraq təyin olunacaqdır;
- İş qrafiki: 6 günlük iş qrafiki;
İş yeri: Göyçay şəh., Nizami Gəncəvi küçəsi.
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Mağaza inzibatçısı (Göyçay şəh.)” qeyd edərək göndərə bilərlər.
Tələblər
- Minimum orta ixtisas və ya ali təhsil;
- İnzibati işlər, satış dəstəyi və ya müştəri xidmətləri sahəsində ən azı 1 il iş təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
- Diqqətli, məsuliyyətli və dəqiqliyə önəm verən;
- Vaxtın idarəedilməsi və bir neçə tapşırıqla eyni anda işləmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı və komanda ilə işləmək bacarığı.