Bakı,
Azərbaycan
09.10.2025 02:40
-
09.11.2025 12:00
İş haqqında məlumat
- Mağazanın gündəlik fəaliyyətinə rəhbərlik etmək;
- Satış hədəflərinə çatmaq üçün komandanı motivasiya etmək və yönləndirmək;
- Məhsul ehtiyatlarının idarə olunmasını təmin etmək;
- Mağaza daxilində təmizlik, təhlükəsizlik və xidmət standartlarının qorunmasına nəzarət etmək;
- Satış göstəricilərini izləmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
- Promosyon və kampaniyaların düzgün icrasını təmin etmək;
- Mövcud və potensial müştərilərlə əlaqə yaratmaq, danışıqlar aparmaq;
- Satış planlarının yerinə yetirilməsini təmin etmək;
- Müştəri şikayətlərini qəbul etmək və operativ həll yolları təklif etmək.
- Satışdan sonra müştəri məmnuniyyətini izləmək.
İş qrafiki
- Həftə içi 6 gün, 10:00 -22:00 / (növbəli qrafik) nahar fasiləsi 13:00 - 14:00;
- Əməyin ödənilməsi;
- Müsahibə əsasında təyin olunacaq.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Arzum Beauty House-un peşəkar komandasının bir üzvü olmaq imkanı.
Qeydlər
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) qeyd olunan elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mağaza meneceri – Bakı və ya Gəncə şəhəri) göstərməyiniz xahiş olunur.
Tələblər
- Vahid komandada işləmək qabiliyyəti;
- Azərbaycan, Rus, İngilis dillərini bilmək üstünlükdür;
- Ofis proqramlarında sərbəst iş bacarığı;
- Əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.