hrin.az
Reklam
Supertoys MMC

Mağaza Meneceri

Supertoys MMC

Əmək haqqı: 1300-1700 ₼

117418 noyabr 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliƏla
İngilis diliYoxdur

İş haqqında

SuperToys komandası böyüməyə davam edir!

Premium mağazamızın idarə edilməsini həyata keçirəcək, yüksək xidmət standartlarını təmin edəcək və satış nəticələrinə rəhbərlik edəcək peşəkar Mağaza Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
  • SuperToys standartlarının və premium xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək;
  • Satış hədəflərini müəyyənləşdirmək və icrasını təmin etmək;
  • Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək;
  • Müştəri məmnuniyyətini və VIP müştərilərə fərdi yanaşmanı təmin etmək;
  • Mağazanın merçendayzinq, kassa, anbar və stok proseslərinə nəzarət etmək;
  • Satış göstəricilərini təhlil etmək, nəticələrin artırılması üçün təkliflər hazırlamaq;
  • Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi;
  • Mağaza idarəçiliyi və komanda rəhbərliyi üzrə minimum 5 il təcrübə;
  • Rus dili mütləqdir (sərbəst danışıq səviyyəsində);
  • Güclü liderlik və idarəetmə bacarıqları;
  • Yüksək səviyyəli ünsiyyət və müştəriyönümlülük;
  • Analitik düşünmə və satış göstəricilərini təhlil etmək bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Office və satış proqramları ilə işləmək bacarığı.

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Dinamik və inkişafyönümlü iş mühiti.

Əmək haqqı: 1300–1700 AZN

Reklam