Bakı,
Azərbaycan
17/08/2026
-
31/08/2026
İş haqqında məlumat
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Mağazanın gündəlik fəaliyyətinin idarə edilməsi
- Satış planlarının və müəyyən edilmiş KPI göstəricilərinin yerinə yetirilməsinin təmin olunması
- İşçi heyətinin idarə edilməsi, növbə qrafiklərinin hazırlanması və iş bölgüsünün aparılması
- Müştəri xidmətinin yüksək səviyyədə təşkil edilməsi
- Malların qəbulu, yerləşdirilməsi, inventarizasiyası və stok nəzarətinin təmin olunması
- Kassa əməliyyatlarına və maliyyə intizamına nəzarət
- Mağazada məhsulların vizual təqdimatının şirkət standartlarına uyğun təşkil edilməsi
- Satış nəticələri, stok və əməliyyat göstəriciləri üzrə hesabatların hazırlanması
- Mağazada daxili qaydalara, təhlükəsizlik və sanitariya tələblərinə riayət olunmasına nəzarət
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Tələblər
- Ali təhsil
- Pərakəndə satış sahəsində minimum 3 il iş təcrübəsi
- Mağaza müdiri və ya rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
- Komandanı idarəetmə və motivasiya bacarığı
- Satış, stok idarəetməsi, inventarizasiya və kassa əməliyyatları üzrə biliklər
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis dili biliyi mütləqdir, rus dili biliyi üstünlükdür
- MS Office və POS proqramları ilə işləmək bacarığı
- Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı
- Növbəli iş rejimində işləməyə hazır olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun