Bakı,
Azərbaycan
23/12/2025
-
06/01/2026
İş haqqında məlumat
- Müştəri münasibətlərinin və məmnuniyyətinin təmin etməyi və artırmağı bacarmalı;
- SRM modulu ilə işləmək , satınalma sifarişlərinin yaradılması, təchizatçı kataloqundan məhsul seçimi, performans hesabatları, müştəri şikayətlərinin effektiv şəkildə idarə edilməsi bacarığı;
- Vitrin və məhsul düzülüşünü müştəri davranışına uyğun qurmaq (visual merchandising) və mütamadi olaraq nəzarət etmək;
- Satış və tələbat analizlərini nəzərə alaraq sifarişləri optimallaşdırmaq və daim nəzarət;
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarını analiz etmək, Satış hədəflərinin müəyyən olunması və izlənməsi;
- İşçilərin motivasiyasını və performansını artırmaq, İşçi cədvəllərinin, iş qrafiklərinin hazırlanması, növbələrin təşkili və icrasına nəzarət;
- Stokların düzgün idarə olunması (mədaxil-məxaric, inventar nəzarəti) Anbar itkilərinin qarşısını alma yollarını bilməsi və nəzarəti;
- Sosial media və yerli reklam imkanları ilə (SMM)mütamadi olaraq işləmək bacarığı və nəzarət;
- Mağazalar üzrə satış hədəflərini müəyyən edir və icrasına nəzarət edir.
- Gündəlik mağaza monitorinqləri apararaq satış və xidmət vəziyyətini analiz edərək qiymətləndirir.
- Müştəri tələblərini analiz edərək Biznesin inkişafı, Kommersiya ,istehsal, təchizat və analitik şöbələrə təkliflər hazırlayır.
- İşçi heyətinin qrafiklərini və gündəlik nizam- intizam və iş prosesini idarə edir.
- Komandanın performansını ölçür və nəticələrə əsasən aidiyyati rəhbərliyə təkliflər verir.
- Müştəri məmnuniyyətini və şikayətlərin detallı analiz edir və həllini təmin edir.
- Satış nəticələri üzrə analitik hesabatlar hazırlayır.
- İşçilərin inkişafı və dəyərləndirilməsi ilə bağlı HR-a təkliflər verir.
Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.
İş şəraiti:
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00,
Tələblər
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Mağaza sahəsində (mağaza meneceri kimi) minimum 3 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili - yüksək, ingilis və rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;
Şəxsi Keyfiyyətlər:
- Liderlik və təşəbbüskarlıq;
- Təşkilatçılıq və vaxtı düzgün idarə etmək bacarığı;
- Dəqiqlik, dürüstlük və məsuliyyətlilik.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.