Bakı,
Azərbaycan
12/05/2026
-
26/05/2026
İş haqqında məlumat
- Satış sahəsini nəzərə alaraq marketlərin inkişafı və dizaynı və marketlərdə satış sahəsinin şirkət daxili siyasətə uyğun olaraq makro planlaşdırılması strategiyasının həyata keçirilməsi.
- Topoqrafik cizgilər üzərində layihənin layout olaraq hazırlanması
- Tələb olunan avadanlıqların 3D modellərinin yaradılması.
- Konstruksiyalar və MES (Mexaniki, Elektrik, Santexnika) sistemləri sahəsi üzrə məlumatlı olmaq.
- Təsdiq olunmuş şirkət strategiyalarına uyğun olaraq displeylərin, rəflərin və pərakəndə satış sahəsinin digər elementlərinin layihə üzərində planlaşdırılması və yerləşdirilməsi.
- Satış sahəsindən istifadəni optimallaşdırmaq və satışları artırmaq üçün cari planoqramların və məhsulların marketlərdə yerləşdirilməsinin təhlili və qiymətləndirilməsi.
- Məhsul kateqoriyası tələblərini, marketinq strategiyalarını və müştəri ehtiyaclarını nəzərə alaraq planoqramların məntiqli hazırlanması üçün rəfflər və bütün avadalıqları şirkət qaydalarına əsasən yerləşdirmək.
- Məhsul yerləşdirmə strategiyasını müəyyən etmək və makro planlar təklif etmək üçün satış və marketinq komandaları ilə əməkdaşlıq.
- Satış sahəsinin makro planlaşdırılmasında əsaslandırılmış qərarlar qəbul etmək üçün satış məlumatlarının, müştəri davranışının və bazar tendensiyalarının təhlili və istifadəsi.
- Şirkətin planoqramlarının normativ standartlara uyğunluğunun təmin edilməsi.
Tələblər
- Dizayn, memarlıq, əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi.
- Dizayn, memarlıq və satış sahəsinin makro planlaşdırılması və ya pərakəndə sənayedə əlaqəli sahələrdə 2-3 il təcrübə.
- Pərakəndə marketlərdə və digər iaşə obyektlərinin interyer və eksteryer dizaynı prinsipləri və satış sahəsinin planlaşdırma üsulları haqqında dərin anlayış. Satış məlumatları, müştəri davranışı və bazar tendensiyaları əsasında məlumatları təhlil etmək və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı.
- Əla ünsiyyət bacarıqları və müxtəlif maraqlı tərəflərlə qarşılıqlı əlaqə quraraq komandada səmərəli işləmək bacarığı.
- AutoCAD, SketchUp, CorelDRAW kimi satış sahəsinin planlaşdırması üçün istifadə edilən proqramlarında təcrübə üstünlükdür
- Tapşırıqların səmərəli icrası üçün təfərrüata diqqət, təşkilatçılıq bacarıqları və layihə idarəetmə bacarıqları.
- Səlis Azərbaycan dili və orta səviyyədə ingilis dili biliyi (üstünlük verilir).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.