Bakı,
Azərbaycan
23/09/2026
-
06/10/2026
İş haqqında məlumat
Anbar əməliyyatlarının düzgün və səmərəli təşkilinə, mal və materialların hərəkətinə və uçotuna nəzarət edəcək Mal-material ehtiyatları üzrə menecer axtarırıq. Bu vəzifədə anbar qalıqlarının idarə olunması, inventarizasiyanın təşkili və müvafiq hesabatların hazırlanması əsas məsuliyyətlərdən olacaq.
Vəzifə öhdəlikləri
- Mal və materialların anbara qəbulunu, saxlanılmasını və layihələr üzrə təyinatı üzrə verilməsini təşkil və nəzarət etmək;
- Anbar işinin gündəlik fəaliyyətini və iş bölgüsünü təşkil etmək;
- Anbar qalıqlarına nəzarət etmək;
- Anbar üzrə hesabatların hazırlanmasını və məlumatların düzgün aparılmasını təmin etmək;
- Layihələr üzrə mal-materiallarla bağlı müxtəlif hesabatlar hazırlamaq;
- Dövri inventarizasiyanın/sayımın təşkilində iştirak etmək və nəticələrə nəzarət etmək;
- Anbar əməliyyatlarının müəyyən edilmiş qaydalara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək;
- Anbar üzrə komandanın işini koordinasiya etmək və zəruri hallarda operativ qərarlar qəbul etmək.
Tələblər
- Logistika, təchizat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Anbar, logistika və ya mal-materialların idarə edilməsi sahəsində iş təcrübəsi;
- Anbar işinin təşkili və mal-material uçotu üzrə biliklər;
- Maliyyə və ilkin mühasibat uçotu üzrə anlayış;
- ERP sistemləri ilə işləmə bacarığı;
- MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
- SƏTƏM qaydaları barədə məlumatlılıq;
- Komandanın idarə edilməsi və iş bölgüsünün aparılması bacarığı;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Operativ qərarvermə və məsuliyyətlilik;
- Dəqiqlik, punktuallıq və təşkilatçılıq bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Korporativ tədbirlər
- Korporativ loyallıq proqramına üzvlük