Modern Construction Group

Mal material üzrə mühasib

Modern Construction Group
Ə/h razılaşma ilə
472
Tam iş günü
Bakı, Azərbaycan
29/12/2025 - 12/01/2026

İş haqqında məlumat

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
  • Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
  • Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
  • Anbar sayımı və stok nəzarətini həyata keçirmək

Tələblər

  • Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
  • İstehsalat, tikinti və sənaye sahəsində minimum 3 il iş təcrübəsi
  • Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
  • MS Office ( Excell-yüksək səviyyədə)
  • Yaş həddi: 25-35
  • Satış və anbar arasındakı koordinasiyasını bilməli
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı

Texniki Bacarıqlar:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mal-material üzrə mühasib" qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər.


Oxşar vakansiyalar