Bakı,
Azərbaycan
17/04/2026
-
01/05/2026
İş haqqında məlumat
- Müəssisənin mal-material ehtiyatlarının və əsas vəsaitlərinin uçotunun düzgün aparılması, hərəkətinin izlənməsi, inventarizasiyaların keçirilməsi və müvafiq hesabatların vaxtında hazırlanması;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin giriş-çıxış əməliyyatlarını qeyd etmək və müvafiq ilkin sənədləri (qaimə, akt, qəbul-vermə sənədləri və s.) tərtib etmək;
- Anbarda qəbul olunan və sərbəst buraxılan materialların say gəliri, kəsilən qəbz və qaimələrlə uyğunluğunu təmin etmək;
- Aylıq/illik material hesabatlarını və anbar qalığı məlumatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müəyyən edilmiş qrafik üzrə inventarizasiyaların keçirilməsini təşkil etmək və faktiki qalıqlar ilə uçot məlumatlarının uyğunsuzluqlarını sənədləşdirmək;
- Tapılan çatışmazlıq və ya artığa görə aktlar tərtib etmək və səbəblərini araşdırmaq üçün tədbirlər təklif etmək;
- Əsas vəsaitlərin (avadanlıq, nəqliyyat vasitələri, binalar və s.) uçotunu aparmaq, amortizasiya hesablamalarının və qeydiyyatının düzgünlüyünü təmin etmək;
- Əsas vəsaitlərin köçürülməsi, istismardan çıxarılması və təmirinə dair sənədləri nəzarətdə saxlamaq;
- Mühasibat və vergi qanunvericiliyinə uyğun uçotun aparılmasını təmin etmək, uçot qaydalarındakı dəyişiklikləri izləmək və tətbiq etmək;
- Daxili inventar, anbar və sənəd saxlama qaydalarına əməl edilməsinə nəzarət etmək;
- Mühasibat və anbar sənədlərinin düzgün saxlanmasını, çoxaldılmasını və arxivləşdirilməsini təmin etmək;
- Lazım olduqda sənədlərin yoxlamalar üçün təqdim edilməsini təşkil etmək;
- Anbar işçiləri və satınalma ilə koordinasiyanı təmin etmək;
- Lazım gəldikdə, məhdud səlahiyyət daxilində anbar əməliyyatlarını yoxlamaq və işçilərin işini nəzarətdə saxlamaq.
İş qrafiki:
- Əmək haqqı: Razılaşma əsasında;
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-18:00;
- İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19R.
Tələblər
- Ali təhsil (Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil);
- Yaş həddi: 25 - 45 yaş;
- Cins: Kişi;
- Staj: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Tibb sahəsində təcrübə arzu olunandır);
- MS Office proqramlarını bilməlidir;
- ERP və ya satınalma proqramları ilə işləmə bacarığı (1C);
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
- Satış və anbar arasındakı koordinasiyasını bilməli;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.