Titan Group

Mal-Material üzrə Mühasib

Titan Group
800 - 1000 ₼
225
Tam iş günü
Bakı, Azərbaycan
19/08/2026 - 02/09/2026

İş haqqında məlumat

İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimizə Mal-Material üzrə Mühasib vəzifəsinə təcrübəli və məsuliyyətli əməkdaş axtarılır.

  • Mal-materialların mədaxil və məxaric əməliyyatlarının uçotunu aparmaq;
  • Anbara daxil olan və anbardan çıxan materialların sənədləşdirilməsinə nəzarət etmək;
  • Mal-material qalıqlarının sistem üzrə uçotunu aparmaq və mütəmadi yoxlamaq;
  • Anbar və mühasibatlıq məlumatlarının üzləşdirilməsini həyata keçirmək;
  • Materialların inventarizasiyasında iştirak etmək;
  • İlkin mühasibat sənədlərini hazırlamaq və düzgünlüyünü yoxlamaq;
  • Təchizat və anbar şöbələri ilə koordinasiyalı işləmək;
  • Rəhbərliyə tələb olunan hesabatları hazırlamaq.

İş şəraiti

  • Əmək haqqı: 800–1000 AZN (Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.)
  • İş qrafiki: Tam iş günü
  • Nahar və servis şirkət tərəfindən təmin olunur.
  • İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi

Tələblər

  • Müvafiq sahədə 1 ildən 2 ilə qədər iş təcrübəsi;
  • Mal-material və anbar uçotu üzrə anlayış;
  • 1C proqramında işləmə bacarığı;
  • MS Excel biliyi;
  • Mühasibat uçotunun əsaslarını bilməsi;
  • Sənədlərlə işləmə və hesabat hazırlama bacarığı;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Komanda ilə işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar