Decoliv

Maliyyə Analitik

Decoliv
Ə/h razılaşma ilə
1003
Tam iş günü
Bakı, Azərbaycan
09.10.2025 10:44 - 09.11.2025 12:00

İş haqqında məlumat

  • Aylıq büdcə icrasını izləmək, kənarlaşmaları təhlil etmək və səbəblərini müəyyənləşdirmək;
  • Mağazalar, şöbələr və məhsul kateqoriyaları üzrə satış və mənfəət göstəricilərinin təhlilini aparmaq;
  • Ərazilər üzrə əhali potensialı, satış trendləri və inkişaf fürsətlərini analiz etmək;
  • Satış müdirləri və bölmələr üzrə satış və LFL (Like-for-Like) göstəricilərini müqayisəli formada təqdim etmək;
  • Aylıq satış, xərclər və məcmu mənfəət göstəricilərini analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək;
  • İdxal məhsulları üzrə rentabellik və dövriyyə analizləri aparmaq;
  • Tədarükçülər üzrə satış və mənfəət göstəricilərini müqayisə etmək və LFL hesabatlarını hazırlamaq;
  • Həftəlik alış və satış qiymətləri üzrə dinamikanı izləmək və analitik hesabatlar hazırlamaq;
  • Rəhbərliyin qərarvermə prosesinə dəstək məqsədilə iqtisadi modellər və proqnozlar hazırlamaq.

Əlavə təminatlar:

  • Nahar təminatı;
  • Servis Xidməti;
  • Korporativ nömrə və danışıq limiti.

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günləri.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə Analitik" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Maliyyə analizi, biznes analitikası və ya planlama sahəsində minimum 2 il iş təcrübəsi (retail və ya FMCG sektoru üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office (Word, Excel- Yaxşı səviyyədə);
  • Dil bilikləri: İngilis dili (min. intermediate);
  • Sertifikat/Lisenziya: ACCA (FA)  və ya ekvivalent ola biləcək digər beynəlxalq sertifikatlar üstünlükdür;
  • Power BI bilikləri olmağı üstünlükdür;
  • Detallara diqqət, nəticəyönümlülük və təşəbbüskarlıq səriştələri;
  • Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə.