İsmixanlı MMC

Maliyyə direktoru

Ə/h razılaşma ilə
1618
Tam iş günü
Qusar, Azərbaycan
26.02.25 - 27.03.25

İş haqqında məlumat

  • Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Qısa və uzunmüddətli maliyyə planlarının tərtib edilməsi;
  • İnvestisiya qərarlarında iştirak edərək risk və gəlir təhlillərini aparmaq;
  • Büdcənin hazırlanması və icrasına nəzarət etmək;
  • Gəlir və xərc proqnozlarını hazırlamaq;
  • Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq;
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi; 
  • Müəyyən olunmuş qaydalara müvafiq olaraq Müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək; 
  • Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itgi və qeyri-istehsal xərclərinin qarşısının alınması məqsədilə digər bölmə və xidmətlərlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında idarənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək;
  • Mühasibat sənədlərinin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verməsini təşkil etmək;
  • Qanunvericiliyə və mühasibat uçotu standartlarına uyğunluğu təmin etmək;
  • Daxili audit prosedurlarını hazırlamaq və həyata keçirmək;
  • Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək;
  • Aylıq və gündəlik daxili hesabatların hazırlanması;
  • Maliyyə risklərini müəyyənləşdirmək və minimallaşdırmaq;
  • Sığorta və digər riskə qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
  • Tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır;
  • Komanda üzvlərinin peşəkar inkişafına dəstək olmaq;
  • İş qrafiki: 09:00 - 18:00 (həftə içi 6 gün);
  • Nahar fasiləsi: 13:00 - 14:00;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq;
  • İş yeri: Bakı şəhəri.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil;
  • Maliyyə idarəçiliyi sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • Xarici dil: İngilis, Rus, Azərbaycan dilləri yaxşı səviyyədə;
  • Beynəlxalq mühasibat uçotu standartları (IFRS) və yerli qanunvericilik bilikləri;
  • Analitik düşünmə qabiliyyəti və strateji yanaşma;
  • Rəhbərlik və komanda idarəetmə bacarığı;
  • Peşəkar səviyyədə MS Office proqramları və mühasibatlıq proqramlarında sərbəst işləmə bacarığı..


Elanın müddəti bitmişdir