Bakı,
Azərbaycan
11.08.2025 00:00
-
11.09.2025 00:00
İş haqqında məlumat
Əsas məqsəd: Şirkətin maliyyə strategiyasını idarə etmək, maliyyə resurslarını optimallaşdırmaq və maliyyə təhlükəsizliyini təmin etmək, strateji qərarlarda rəhbərliyə dəstək olmaq.
Strateji Maliyyə Planlaşdırması və İdarəetmə
- Şirkətin uzunmüddətli maliyyə hədəflərini müəyyən etmək və bu hədəflərə çatmaq üçün strateji maliyyə planları hazırlamaq;
- İllik və uzunmüddətli büdcə hazırlığı: İstehsalat, emalat, layihə satışı, hazır məhsul satışı və digər fəaliyyət sahələri üzrə büdcələr hazırlamaq və onların icrasını izləmək;
- Maliyyə planlaması və analizi üzrə rəhbərliyə strateji məsləhətlər vermək, şirkətin maliyyə dayanıqlığını və inkişafını təmin etmək.
İstehsalat və Emalat Hesabatları, Maya Dəyəri Analizi
- İstehsalat kalkulyasiyası və maya dəyəri hesablamaları: İstehsal və emalat xərclərini optimallaşdırmaq üçün maya dəyəri hesabatlarını aparmaq və bütün xərcləri nəzarət altında saxlamaq;
- Xammal, işçi qüvvəsi, texnologiya və digər istehsalat resurslarının istifadəsini izləyərək, şirkətin rəqabət qabiliyyətini artırmaq;
- İstehsalat və emalat proseslərindəki xərc artımlarını vaxtında müəyyən etmək və müvafiq tədbirlər görmək.
Satış və İstehsalat Planlarının İzlənməsi və Hesabatlar
- Satış planlaşdırması: Satış gəlirlərini nəzərə alaraq aylıq, rübə və illik satış hədəfləri təyin etmək və bunların yerinə yetirilməsini izləmək;
- İstehsalat planı: Aylıq və illik istehsalat həcmlərinin planlaşdırılması və onların faktiki nəticələrlə müqayisəsi;
- Fakt hesabatları: Satış və istehsalat nəticələrinin davamlı olaraq izlənməsi və hər həftə, ay və il üzrə fakt hesabatlarının hazırlanması.
Həftəlik Maliyyə Planlaması və İzləmə
- Şirkətin gündəlik və həftəlik maliyyə əməliyyatlarını izləmək, nağd pul axını və müvafiq ödənişlər planını hazırlamaq;
- Maliyyə resurslarının effektiv istifadəsini təmin etmək üçün həftəlik maliyyə icmalları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satınalma, satış, istehsalat xərcləri və digər əməliyyatlar üzrə maliyyə nəticələrini həftəlik izləmək.
Vergi İdarəçiliyi və Uyğunluq
- Vergi planlaması: Beynəlxalq və yerli vergi qanunvericiliyi əsasında vergi öhdəliklərini müəyyən etmək və optimallaşdırılmış vergi strategiyası hazırlamaq;
- Vergi hesabatlarının düzgün hazırlanması, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi və vergi risklərinin minimuma endirilməsi;
- Şirkətin vergi gəlirlərini artırmaq üçün vergi optimallaşdırılması strategiyaları tətbiq etmək.
Satınalma və Ödənişlərin Planlaşdırılması
- Satınalma strategiyasının maliyyə tərəfi: Satınalma əməliyyatlarını və xərclərini izləmək, satınalmalarla bağlı maliyyə planları hazırlamaq və bu planların icrasını nəzarət altında saxlamaq;
- Ödənişlərə nəzarət: Satınalma ödənişlərini və digər maliyyə öhdəliklərini vaxtında və düzgün şəkildə planlaşdırmaq və yerinə yetirmək.
Risklərin İdarə Edilməsi və Təhlükəsizlik
- Maliyyə risklərini qiymətləndirmək və şirkətin əməliyyatlarına uyğun risk idarəetmə strategiyaları hazırlamaq;
- Şirkət daxilində maliyyə nəzarət mexanizmlərini gücləndirmək və hər hansı fırıldaqçılıq və maliyyə pozuntularının qarşısını almaq;
- Likvidlik və kapital axını üzərində nəzarət və düzgün balanslaşdırma işləri aparmaq.
Komanda Rəhbərliyi və Əməkdaşlıq
- Maliyyə şöbəsinin rəhbərliyini təmin etmək və komandanın peşəkar inkişafını dəstəkləmək;
- İstehsalat, satış, layihə və digər şöbələr ilə sıx əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgün ötürülməsini təmin etmək;
- Şirkət daxilində maliyyə məlumatlarının şeffaflığını təmin edərək, qərar qəbul etmə proseslərini dəstəkləmək.
Tələblər
- Vəzifə təlimatında göstəriləlmiş tapşırıqları yerinə yetirmək bacarığı;
- Məsuliyyətli və dəqiq olmali.