Bakı,
Azərbaycan
03/04/2026
-
17/04/2026
İş haqqında məlumat
- İllik maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması və onalara aid qeyd lərin formalaşdırılması;
- Kənar auditorlar və digər tərəflərlə davamlı və effektiv kommunikasiyanın təmin olunması;
- Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
- Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
- Davamlı olaraq hesabatlılıq dövrünün səmərəliləşdirilməsi üçün vaxta və əməyə qənaət edilməsi üzrə tədbirlərin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.);
- Mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi və qiymətləndirilməsi;
- Müvafiq dövlət qurumlarına və rəhbərliyə təqdim olunacaq bütün növ hesabatların hazırlanması və təhlillərinin aparılması, zəruri məlumatların tələb olunan qaydada hazırlanaraq təqdim edilməsi;
- Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.
İş şəraiti:
- Gündəlik tam iş günü rejimi
- İş vaxtı: 09:00-18:00
Tələblər
- Maliyyə/mühasibatlıq, iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə, Hesabatlılıq, Büdcələmə sahələrində 4 il iş təcrübəsi
- ERP sistemləri (SAP, 1 C 8.2, 8.3) və MS Office proqramlarında (o cümlədən MS Excel Macro) mükəmməl işləmə bacarığı
- Güclü analitik, təhlil etmə bacarıqları;
- Kommunikasiya və təqdimatların hazırlanması bacarıqları;
- Azərbaycan, ingilis və rus dillərinin yüksək səviyyədə biliyi;
- ACCA (F3, F7, F8), CİMA və digər maliyyə və hesabatlılıq yönümlü sertifikasiyaların olması.
- Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.