STP Metal Structures

Maliyyə Meneceri (Finance Manager)

VLand Systems MMC
Ə/h razılaşma ilə
1691
Tam iş günü
Bakı, Azərbaycan
19/12/2025 - 02/01/2026

İş haqqında məlumat

  • Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə strategiyasının formalaşdırılması;
  • Kapital strukturu, borclanma potensialı, investisiya imkanları və maliyyələşdirmə modellərinin təhlili;
  • Maliyyə dayanıqlığı və risklərin idarə olunması üzrə sistemli yanaşmanın tətbiqi;
  • Şirkətin strateji hədəfləri ilə maliyyə planları arasında tam uyğunluğun təmin edilməsi;
  • İllik büdcə prosesinə rəhbərlik etmək, departamentlər üzrə koordinasiya və metodoloji rəhbərlik;
  • Aylıq və rüblük proqnozların (forecast) hazırlanması və dekompozisiya edilmiş təhlillər;
  • Büdcə–fakt müqayisələrinin aparılması, kənarlaşmalar üzrə analitik izahlar və düzəldici təkliflər;
  • Layihələr üzrə büdcə və xərc strukturunun formalaşdırılması;
  • IFRS standartlarına uyğun tam dövri maliyyə hesabatlarının hazırlanması (P&L, B/S, C/F);
  • IFRS 15, 16, IAS 2, IAS 23 və digər standartlar üzrə düzgün tanınma və ölçmə prinsiplərinin tətbiqi;
  • Audit prosesinin idarə olunması və auditorlarla koordinasiya;
  • Menecment üçün analitik və qərarverməyə əsaslanan hesabatların hazırlanması;
  • Gündəlik, həftəlik və aylıq likvidlik planlarının hazırlanması;
  • Kredit xətləri, bank öhdəlikləri, avanslar və ödəniş cədvəllərinin idarə olunması;
  • Debitor və kreditor borclarının optimallaşdırılması, dövriyyə kapitalının effektiv idarə edilməsi;
  • Pul axını üzrə potensial risklərin qiymətləndirilməsi və idarə olunması;
  • Layihə və məhsul rentabelliyinin (profitability) dərin təhlili;
  • CAPEX investisiyaları üzrə ROI, IRR, NPV hesablamalarının aparılması;
  • Strateji biznes qərarlarının hazırlanmasında rəhbərliyə analitik dəstək;
  • Daxili nəzarət və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərin idarə olunması;
  • Maliyyə komandasının idarə olunması, vəzifə bölgüsü və performansın qiymətləndirilməsi;
  • Daxili nəzarət sistemlərinin gücləndirilməsi və risk əsaslı yanaşmanın tətbiqi;
  • ERP, BI və digər sistemlər üzrə maliyyə proseslərinin qurulması və optimallaşdırılması;
  • Korporativ idarəetmə standartlarına uyğun hesabatlılıq mədəniyyətinin formalaşdırılması.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Tələblər

  • Maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Minimum 5–7 il maliyyə idarəetməsi sahəsində iş təcrübəsi (istehsalat və layihə mühiti üstünlükdür);
  • IFRS hesabatlılığı üzrə praktiki təcrübə;
  • ACCA (FM, FR, SBR, AFM) və ya CIMA modullarına sahib olmaq üstünlükdür;
  • Excel-də peşəkar səviyyə (PowerQuery, PowerPivot üstünlükdür);
  • ERP və maliyyə sistemləri ilə təcrübə (SAP, Logo, Odoo, Oracle və s.);
  • Güclü maliyyə modelləşdirmə bacarığı;
  • Data analitika alətləri ilə işləmə bacarığı üstünlükdür (Power BI və s.);
  • Yüksək analitik düşüncə və mürəkkəb məlumatları strukturlaşdırma bacarığı;
  • Qətiyyətli qərarvermə qabiliyyəti və biznes yönümlü yanaşma;
  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • İnteqrasiya olunmuş düşüncə tərzi və yüksək məsuliyyət hissi;
  • Stres altında işləmə və eyni anda bir neçə prosesi idarə etmə qabiliyyəti.