Bakı,
Azərbaycan
07/04/2026
-
21/04/2026
İş haqqında məlumat
- Maliyyə modulunun 1C ERP sistemində düzgün qurulması və test proseslərində iştirak etmək;
- Maliyyə əməliyyatlarının sistemdə düzgün əks olunmasına nəzarət etmək;
- Profilaktik yoxlamalar zamanı aşkar olunan uyğunsuzluqları müəyyənləşdirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Maliyyə modulu üzrə uçot strukturlarında (hesablar planı, kataloqlar, parametrlər və sazlamalar) asistentlik göstərmək;
- Sistem istifadəçilərinə maliyyə modulu üzrə funksional dəstək vermək;
- Modul üzrə təqdimat və təlim materiallarının hazırlanmasında iştirak etmək;
- Maliyyə modulu üzrə sənədləşmənin (təlimatlar, proses təsvirləri və s.) hazırlanması və yenilənməsini təmin etmək;
- Modulun inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
İş şəraiti:
- İş yeri: Şirkətin ofisi;
- İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
- Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
- Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
- Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
- Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr);
- 1C ERP sistemlərində cavabdeh olduğu modullar haqqında ilkin biliklər;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı;
- Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı;
- Məsuliyyətli və sistematik iş yanaşması;
- Komandada və müstəqil şəkildə işləmək bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.