Bakı,
Azərbaycan
24.10.2025 00:00
-
24.11.2025 00:00
İş haqqında məlumat
- Maliyyə hesabatlarının müvafiq qanunvericilik tələblərinə uyğun hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Şirkətin illik,aylıq və strateji maliyyə büdcələrinin hazırlanmasında
rəhbərlik etmək; - Vergi , Statistika, digər büdcə ilə hesablaşmalar və hesabatlılığın təşkilində yaxından iştirak etmək;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli
istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; - Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin
əmlakının qorunması istiqamətində tədbirlər görmək; - Şirkətin maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə
olunmasını təmin etmək; - Gəlir və xərclərin struktur analizini aparmaq və optimallaşdırma təklifləri vermək;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun
sərfiyyatına nəzarət etmək; - Aylıq daxili maliyyə hesabatlarının hazırlamaq;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin,əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun
satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının
aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən
xidmətlərə və s. hesabı) təşkilinə nəzarət etmək.
İş şəraiti
- 5 günlük iş qrafiki;
- İş yeri: Babək prospekti 74;
- Korporativ nömrə;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin
ediləcəkdir.
Tələblər
- Ali təhsil: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahədə ali təhsilACCA/FCCA və ya analoji sertifikatlar üstünlükdürı
- Təcrübə: Maliyyə mühasibatlıq sahəsində ən azı 4 il təcrübə , 2 ildən artıq maliyyə rəhbəri üzrə təcrübə.azpo
Bilməlidir:
- Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətini;
- Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların
əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər
materialları; - Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və
formalarını; uçot və hesabatı; - Hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin
mühasibat hesabı sistemində əks olunma qaydalarını; - Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını;
hesablama texnikasının istismarı qaydalarını; - İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
- daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını.
Bacarıqlar:
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə
sahib olmaq; - Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi
bacarmalı; - Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək
və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi
bacarıqların olması.