Bakı,
Azərbaycan
03/08/2026
-
03/09/2026
İş haqqında məlumat
Şirkətimizə maliyyə sahəsində təcrübəsi olan, analitik düşünmə qabiliyyəti güclü və məsuliyyətli Maliyyə müdiri tələb olunur.
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarının hazırlanması və əvvəlki dövrlərin hesabatlarına nəzərən müqayisəli təhlilin aparılması;
- Maliyyə hesabatlarının hazırlanması, icrasına nəzarət edilməsi;
- Xərclər və gəlirlərin düzgün uçotunun aparılması;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analizi;
- Həftəlik büdcə və pul vəsaitlərinin proqnozlaşdırılmasını həyata keçirmək;
- Alış-satış və anbar ehtiyatlarının tələbə uyğun proqnozlaşdırılması;
- Avtomatlaşdırılmış hesabat, proqnozlaşdırma alətlərini inkişaf etdirməklə məhsuldarlığın artırılması;
- Proqnoz və modellər yaradan güclü maliyyə təhlili bazasının saxlanılması.
Əlavə məlumat:
- Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
- Əmək haqqı: 2000 -2500 AZN
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatı: 09:00 – 18:00
- Təklif edirik: Mobil nömrəynən təminat, nahar yeməyi
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
- Müvafiq maliyyə sahəsində rəhbər və ya mütəxəssis qismində azı 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, yerli və beynəlxalq maliyyə uçotu standartlarını bilmək;
- 1C , MS Excel proqramlarında səlis işləmək bacarığı;
Müraciət üçün:
- Mail: [email protected]
- Əlaqə nömrəsi: 051-207-27-31