Bakı,
Azərbaycan
06/01/2026
-
20/01/2026
İş haqqında məlumat
- Texniki ofis tərəfindən hazırlanan tender və icra smetalarının maliyyə baxımından yoxlanılması
- Layihələr üzrə təsdiqlənmiş büdcələrin (Approved Budget) formalaşdırılması və nəzarəti
- Planlanan smeta ilə faktiki xərclərin müqayisəli analizi (Budget vs Actual)
- Təchizat və alışların təsdiqlənmiş BOQ və smetaya uyğunluğuna nəzarət
- Material və xidmət alışlarının qiymət, həcm və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması
- Plan xarici və təcili alışlar üzrə maliyyə əsaslandırmalarının hazırlanması və approval prosesinə təqdim edilməsi
- Layihə icra qrafiklərinə uyğun olaraq xərclərin maliyyə baxımından izlənilməsi
- Qrafikdən kənarlaşmaların cash-flow və büdcəyə təsirinin analiz edilməsi, risklərin əvvəlcədən bildirilməsi
- Təchizatçı və subpodratçı müqavilələrinin smetaya uyğunluğunun yoxlanılması
- Fakturaların real icra həcmləri əsasında yoxlanılması və təsdiqə təqdim edilməsi
- Ödənişlərin layihə cash-flow planına uyğunluğuna nəzarət
- Layihələr üzrə həftəlik/aylıq maliyyə hesabatlarının hazırlanması (büdcə aşımı, risklər, öhdəliklər və s.)
Qeyd: İcra prosesinin idarə olunması bu vəzifəyə daxil deyil; nəzarət maliyyə və risk prizmasındandır.
İş şəraiti:
- Bazar ertəsi- Cümə 09:00 – 18:00
- İş yeri: Chinar Park Business Centre
- Uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərdən keçiriləcəkdir.
Tələblər
- Maliyyə / İqtisadiyyat / Tikinti iqtisadiyyatı / Mühəndislik üzrə ali təhsil
İş təcrübəsi:
- Tikinti və ya layihə əsaslı mühitdə minimum 4–6 il maliyyə nəzarəti (cost control) təcrübəsi
Bilik və bacarıqlar:
- Smeta, BOQ, unit rate, cost control, variation order anlayışları
- Təchizat və subpodrat müqavilələri ilə işləmə təcrübəsi
- MS Excel – yüksək səviyyə (formullar, pivot, analiz)
- ERP sistemləri (1C, SAP, Oracle və s.) – üstünlükdür
- MAR, MOS, material approval, shop drawing proseslərini bilməsi – üstünlükdür
Şəxsi keyfiyyətlər:
- Analitik düşüncə, detallara yüksək diqqət
- Prinsipial və məsuliyyətli yanaşma
- Təzyiq altında qərarvermə, vaxtında xəbərdarlıq etmə bacarığı
- Rəhbərliklə aydın və dürüst kommunikasiya
Dil bilikləri:
- Azərbaycan dili – əla
- Rus dili – üstünlükdür
- İngilis dili – üstünlükdür
Kompüter bilikləri:
- MS Excel – Advanced
- MS Office – yaxşı
- ERP/1C – üstünlükdür
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.