Veysəloğlu Şirkətlər Qrupu

Maliyyə nəzarəti üzrə mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
4668
Tam iş günü
Bakı, Azərbaycan
01/10/2025 - 01/11/2025

İş haqqında məlumat

  • Müəssisə tərəfindən təqdim edilən hesabatların etibarlılığını və dəqiqliyini yoxlayıb, əminliyini əldə etmək;
  • Maliyyə uçotunun Müəssisə tərəfindən düzgün təşkil edilməsinə, maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsinə həm nəzarət etmək, həm də lazımi dəstəyi göstərmək;
  • Maliyyə nəzarəti prosesini periodik olaraq həyata keçirmək;
  • Maliyyə nəzarəti üzrə analitik təhlillərin aparılması və hesabatların hazırlanmasında optimal həll yollarının araşdırılması proseslərini həyata keçirmək;
  • Müəssisənin illik Maliyyə hesabatlarının xarici audit prosesinə lazımi dəstəyi göstərmək;
  • Daxili Audit komandasının maliyyə uçotu, maliyyə hesabatlılığı və maliyyə nəzarəti ilə əlaqədar aşkarladığı çatışmazlıqların müəssisə tərəfindən vaxtında aradan qaldırılmasına və gələcəkdə aşkarlana biləcək çatışmazlıqların vaxtında həllini tapmasına nəzarəti təmin etmək;
  • Xarici və yerli banklara periodik olaraq hesabatların və banklar tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatlar təqdim etmək.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi;
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maliyyə nəzarəti üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Mühasibat, Maliyyə, Biznes İdarəçiliyi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
  • 2 ildən çox illik daxili/xarici audit, gəlir zəmanəti, maliyyə analizi və ya istehsalat müəssisəsində təcrübə;
  • Gəlir tanınma prinsiplərini (məsələn, IFRS, GAAP) və daxili nəzarət çərçivələrini güclü başa düşmək;
  • ACCA F2, F3 və digər beynəlxalq sertifikatların olması üstünlükdür;
  • MS Excel, Word, Powerpoint ilə işləmə bacarığı;
  • SQL bilikləri üstünlükdür.

Oxşar vakansiyalar