Almet Trading

Maliyyə Rəhbəri

Almet Trading
Ə/h razılaşma ilə
5366
Tam iş günü
Sumqayıt, Azərbaycan
27/01/2026 - 10/02/2026

İş haqqında məlumat

  • Maliyyə modellərinin, illik və operativ büdcələrin hazırlanması və icrasına nəzarət
  • Maliyyə proqnozlarının aparılması və əsas maliyyə göstəricilərinin monitorinqi
  • Maliyyə hesabatlarının, analitik təhlillərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, dövriyyə kapitalına nəzarət
  • Maliyyə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin görülməsi
  • Mühasibat uçotu, debitor və kreditor borcları, əmək haqqı, vergi uyğunluğu və gündəlik maliyyə əməliyyatlarına nəzarət
  • Maliyyə qaydalarına, hesabat tələblərinə və daxili nəzarət prosedurlarına uyğunluğun təmin edilməsi
  • IFRS standartları üzrə maliyyə hesabatlarının hazırlanması
  • Xərclərin təhlili və optimallaşdırılması
  • Strateji təşəbbüslər, investisiya layihələri, birləşmə və satınalmalar üzrə maliyyə təhlillərinin aparılması
  • Pul vəsaitləri və maddi-əmtəə sərvətlərinin qorunması, qanunsuz istifadənin qarşısının alınması
  • Maliyyə komandasına rəhbərlik və komandanın effektiv idarə olunması
  • Daxili maraqlı tərəflərlə (şöbə rəhbərləri, top-menecment) sıx əməkdaşlıq
  • Banklar, maliyyə institutları, investorlar və tənzimləyici orqanlarla əlaqələrin qurulması və saxlanılması
  • Şirkətin maliyyə planlarının hazırlanması, gəlir və xərclərin büdcələşdirilməsi

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
  • Maliyyə idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
  • Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) və yerli qanunvericilik üzrə biliklər
  • Güclü analitik düşünmə qabiliyyəti və strateji yanaşma
  • Rəhbərlik və komanda idarəetmə bacarığı
  • MS Office proqramlarında və mühasibatlıq proqramlarında peşəkar səviyyədə işləmə bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.