Azerbaijan Energy Regulatory Agency

Maliyyə şöbəsi – Böyük Mütəxəssis

Ə/h razılaşma ilə
1691
Tam iş günü
Bakı, Azərbaycan
29.04.25 - 29.05.25

İş haqqında məlumat

  • Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
  • Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotuna nəzarət edir;
  • İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
  • Agentliyin mühasibat uçotunun uçot siyasətinə, AR qanunlarına və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
  • Agentliyin xərclər smetasının layihəsinin hazırlanmasınında iştirak edir və maliyyə vəsaitlərinin xərclər smetasına uyğun istifadəsini yoxlayır, kənarlaşmaları təhlil edir və təkliflər verir;
  • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin maliyyə hesabat(lar)ını hazırlayır, audit zamanı zəruri sənədlərin və məlumatların kənar auditorlara verilməsini həyata keçirir;
  • Fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır, rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır;
  • Boşluqların aradan qaldırılması üçün tələbdən yaranan maliyyə təhlillərini aparır, ehtiyac yarandıqda müvafiq təlimatları hazırlayır;
  • Hesabat və analizlər, eləcə də tapşırıqların gedişatı və nəticələri bərədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr  dərəcəsi (magistr dərəcəsi arzu olunandı);
  • Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yaş həddi 25-40 aralığı;
  • ACCA F3, F7 səviyyələrinin və ya ekvivalent dərəcələrinin müvəffəqiyyətlə tamamlanması;
  • Yüksək korporativ ünsiyyət bacarığı;
  • Yüksək səviyyədə Excel bilikləri;
  • 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı;
  • PMS və əlavə beynəlxalq (ACCA, CPA və s.) sertifikatlarının mövcudluğu üstünlükdür;
  • e-gov, e-taxes və digər proqramları ilə sərbəst işləmə bacarığı ;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri  arzuolunandır.