Bakı,
Azərbaycan
05.06.2025 23:10
-
05.07.2025 12:00
İş haqqında məlumat
- Mühasibat uçotu və hesabatı işlərini düzgün və Beynəlxalq Maliyyə Uçotu Standartlarının (İFRS) tələblərinə uyğun təşkil etmək və bu işlərə rəhbərlik etmək;
- Əsas və dövriyyə vəsaitlərin uçotunu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun aparmaqla onların hərəkətinin mühasibat uçotu hesablarına götürülməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunun düzgün aparılması məqsədilə inventar kartını açılması, inventar nömrələrinin qeyd olunması, açılan kartlarda əsas vəsaitlərin, texniki göstəricilərin, o cümlədən, buraxılış ili, istismara verildiyi tarix, aşınma faizi və aşınmasının əks etdirilməsi işlərinə nəzarət etmək;
- Müəssisənin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
- Müştərilərdən köçürmə yolu ilə müəssisənin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
- Müəssisə adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edir.
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə Məxfiliyin qorunması prinsipinə riayət edilməsi
- İş rejimi: I-V günlər iş vaxtı başlanır 9:00, bitir 17:00, VI gün iş vaxtı başlanır 9:00 bitir 15:00;
- Nahar vaxtının başlama saatı 13:00, bitmə saatı 14:00. İstirahət günü - bazar günü (1 gün).
Tələblər
- Ali təhsil;
- Maliyyə sahəsində minimum 5 il təcrübə, rəhbər vəzifəsində 3 il təcrübə;
- İngilis dili biliyi B2, rus dili arzu olunandır;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli;
- Kollektivlə işləmə bacarığı;
- Operativlik ;
- Audit şirkətində iş təcrübəsi olana.