Bakı,
Azərbaycan
08/05/2026
-
22/05/2026
İş haqqında məlumat
- Cəmiyyətin əmlakının, öhdəliklərinin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun düzgün və tam aparılmasına nəzarət etmək;
- Cəmiyyətin maliyyə-uçot siyasətinin əsas istiqamətlərinə uyğun olaraq likvidliyin qorunmasını təmin etmək;
- Cəmiyyətin büdcə və maliyyə proqnozlarının yerinə yetirilməsini təmin etmək;
- Mühasibat uçotunun təşkilini və uçot prinsiplərinə riayət olunmasını təmin etmək;
- Maddi, əmək və maliyyə resurslarının qənaətli və səmərəli istifadəsini təmin etmək, həmçinin Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin maliyyə strategiyasını hazırlamaq və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər həyata keçirmək;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini aparmaq, bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini və təhlil nəticələrinin rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Malların və xidmətlərin maya dəyərinin hesablanması və gəlirliliyin planlaşdırılması prosesini təşkil etmək;
- Gəlirlərin müəyyən olunmuş müddətlərdə daxil olmasını və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında və düzgün ödənilməsinə nəzarət etmək;
- Cəmiyyətin ödəmə qabiliyyətinin qorunması, gəlirliliyin artırılması, xərclərin azaldılması və istifadə olunmayan aktivlərin yaranmasının qarşısının alınması istiqamətində rəhbərliyə təkliflər təqdim etmək;
- Cəmiyyətin maliyyə vəziyyəti, pul axınları, maliyyə əməliyyatları və debitor borcları barədə hesabat və analitik məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Dalğa plaza
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)
Tələblər
- Maliyyə ixtisası üzrə ali təhsili;
- Müvafiq sahədə 7 il,rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
- Müvafiq sahəyə uyğun ACCA F3,F7,F9, DipİFR sertifikatların olması arzuolunandır;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili,rus dili bilikləri;
- Microsoft Office (xüsusilə Excell),1C proqram təminatından yüksək səviyyədə istifadə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.