hrin.az
Reklam
OBA marketlər şəbəkəsi

Maliyyə üzrə Analtik

OBA marketlər şəbəkəsi

Əmək haqqı: Razılaşma

2619 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Logistika üzrə Maliyyə Analitiki

Vəzifə öhdəlikləri:

  • Aylıq logistika xərclərinin təhlil edilməsi və müvafiq hesabatların hazırlanması;
  • Məhsul və mağaza bazasında logistika xərclərinin bölgüsünün aparılması və təhlil edilməsi;
  • Tədarükçülər üzrə alış və stok göstəricilərinin təhlil edilməsi, hesabatların hazırlanması;
  • Logistika üzrə KPI göstəricilərinin izlənilməsi, təhlili və hesabatlandırılması;
  • İllik logistika xərcləri büdcəsinin hazırlanması və aylıq faktiki göstəricilərlə müqayisəsinin aparılması;
  • Logistika xərcləri üzrə proqnozların hazırlanması;
  • Logistika xərcləri və stok idarəetməsi ilə bağlı digər analitik tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahələr üzrə ali təhsil;
  • İş təcrübəsi: Maliyyə analitikası sahəsində minimum 2 il iş təcrübəsi;
  • ACCA (FA) və ya ekvivalent beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
  • Power BI bilikləri üstünlükdür;
  • Yüksək analitik düşünmə və riyazi hesablama qabiliyyəti;
  • Detallara diqqət, nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Analitik təhlil və hesabatların hazırlanması bacarığı.

İş şəraiti:

  • İş rejimi: Tam ştat;
  • İş qrafiki: 5 günlük;
  • İş saatları: 09:00–18:00.

Şirkət tərəfindən təqdim olunan imtiyazlar:

  • Nahar təminatı;
  • Nəqliyyat xidməti;
  • Şirkətdaxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi perspektivi.
Reklam