Bakı,
Azərbaycan
01.05.25
-
01.06.25
İş haqqında məlumat
- Müntəzəm idarəetmə və maliyyə hesabatlarının hazırlanması;
- BMUS və ya milli standartlara əsasən hesabatların tərtib edilməsi;
- Büdcə və proqnozlarla faktiki göstəricilər arasındakı fərqlərin təhlili;
- İllik büdcənin və maliyyə proqnozlarının hazırlanmasında iştirak;
- Büdcənin icrasına nəzarət, xərclərin təhlili və kənarlaşmaların müəyyənləşdirilməsi;
- Ssenari analizləri və stres-testlərin hazırlanması;
- Şirkət xərclərinin səmərəliliyinin təhlili;
- Müqavilələrin və iri xərclərin razılaşdırılması və nəzarəti;
- Xərclərin optimallaşdırılması təşəbbüslərinin dəstəklənməsi;
- Layihələrin, biznes istiqamətlərinin və investisiyaların gəlirliliyinin hesablanması;
- Məhsul və xidmətlərin marjalılıq təhlilinin aparılması;
- Maliyyə modellərinin hazırlanması;
- Büdcə və maliyyə hesabatları ilə bağlı məsləhətlərin verilməsi;
- Şöbələrarası layihələrdə iştirak;
- Maliyyə modullarında məlumatların aparılması və yoxlanılması;
- Hesabatların və proseslərin avtomatlaşdırılmasında iştirak;
- İş qrafiki: Tam iş günü (5 iş günü);
- İş saatları: 09:00 – 18:00.
Tələblər
- Ali təhsil – İqtisadiyyat, Biznes, Mühasibatlıq və ya Maliyyə ixtisası üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- 1C, MS Office və AutoCAD proqramlarında məlumat bazası ilə işləmə təcrübəsi;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Məntiqi və analitik düşüncə tərzi, təşəbbüskarlıq;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; rus dili – arzuolunandır; ingilis dili – arzuolunandır.