TT

Maliyyə üzrə aparıcı mütəxəssis

Təhsil Texnologiyaları Mərkəzi
Ə/h razılaşma ilə
621
Tam iş günü
Bakı, Azərbaycan
02/04/2026 - 16/04/2026

İş haqqında məlumat

  • Əməliyyatların 1C 8.3 proqramında düzgün əks etdirilməsi və müvafiq hesablara nəzarət
  • Debitor və kreditor borcların uçotunun aparılması
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyə və mükafatların hesablanmasına nəzarət
  • Layihələr üzrə büdcə sənədlərinin və hesabatlarının hazırlanması
  • Ay bağlanış prosesində iştirak
  • Büdcə kodlarının Xəzinədarlıq Agentliyi üzrə düzgün tətbiqi
  • Bank ödənişlərinin icrası və 1C proqramına işlənməsi
  • Statistika hesabatlarının və vahid bəyannamənin təqdim edilməsi
  • Dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması
  • Mal-material ehtiyatları və əsas vəsaitlərin uçotu
  • Yanacaq və kommunikasiya xərclərinə nəzarət
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası

İş şəraiti

  • Müəssisə: Təhsil Texnologiyaları Mərkəzi – (Bakı, Nərimanov r.)
  • Əmək haqqı: Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi) 

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil
  • Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi
  • 1C 8.3 proqramında işləmə bacarığı
  • Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə bilik
  • Yüksək səviyyədə Microsoft Office (xüsusilə Excel) bilikləri
  • Analitik düşünmə və riyazi hesablama bacarığı
  • Ofis etikası və işgüzar davranış qaydalarına riayət
  • Beynəlxalq maliyyə sertifikatları olan namizədlərə üstünlük verilir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.