Improve Consulting

Maliyyə üzrə Baş Mütəxəssis

Improve Consulting
1500 - 2000 ₼
503
Tam iş günü
Bakı, Azərbaycan
04/05/2026 - 18/05/2026

İş haqqında məlumat

  • İllik, rüblük və aylıq büdcələrin hazırlanması və struktur bölmələr üzrə bölüşdürülməsi;
  • Büdcə planlamasının həyata keçirilməsi və icrasına davamlı nəzarətin təmin olunması;
  • Büdcə göstəricilərinin təhlil olunması, xərclərin azaldılması və gəlirlilik artırılması istiqamətində təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Maliyyə hesabatlarının (aylıq, rüblük və illik) hazırlanması, təhlili və nəticələrin rəhbərliyə detallı şəkildə təqdim olunması;
  • Şirkətin gəlir və xərclərinin gündəlik izlənilməsi, düzgün uçotunun aparılması və maliyyə intizamına nəzarət edilməsi;
  • Maliyyə göstəricilərinin təhlili, performans analizlərinin aparılması və qərarvermə prosesinə dəstək göstərilməsi;
  • Pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, cash flow planlamasının hazırlanması və maliyyə axınının düzgün idarə olunması;
  • Vergi bəyannamələrinin hazırlanması və dövlət orqanlarına vaxtında təqdim olunmasına nəzarət;
  • Daxili maliyyə nəzarət mexanizmlərinin tətbiqi, mövcud proseslərin təkmilləşdirilməsi və maliyyə risklərinin minimuma endirilməsi;
  • iiko proqramı üzərindən maliyyə əməliyyatlarının izlənilməsi, məlumatların yoxlanılması və hesabatların hazırlanması;
  • Təchizatçı hesablarının, ödəniş cədvəllərinin və debitor/kreditor borcların izlənilməsi
  • Rəhbərlik tərəfindən tələb olunan maliyyə analizləri, hesabatlar və digər operativ  məlumatların hazırlanması.

Təklif edirik:

  • Əmək haqqı: 1500-2000 AZN;
  • Karyera inkişaf imkanı;
  • Gənc və dinamik komanda;
  • Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar;
  • Rahat və peşəkar iş mühiti.

Tələblər

  • Təhsili: Ali (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
  • İş təcrübəsi: Büdcə və hesabatlılıq üzrə maliyyə mütəxəssisi vəzifəsində 5 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə hesabatlılığı və maliyyə analizi üzrə biliklər;
  • Maliyyə planlaşdırılması, büdcələmə və büdcə nəzarəti üzrə biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlil etmə bacarığı;
  • Böyük həcmli məlumatlarla işləmək və detalları dəqiq analiz etmə bacarığı;
  • Cash flow idarəetməsi və maliyyə risklərinin qiymətləndirilməsi üzrə biliklər;
  • Vergi öhdəlikləri və maliyyə prosedurları barədə praktiki biliklər;
  • Gəlir və xərclərin təhlili və maliyyə göstəricilərinin interpretasiyası üzrə biliklər;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmə (Pivot Table, VLOOKUP/XLOOKUP, IF funksiyaları, maliyyə formulaları və analiz alətləri);
  • Problemləri operativ müəyyən etmə və effektiv həll yolları təqdim etmə bacarığı;
  • Vaxtın düzgün idarə olunması və eyni anda bir neçə tapşırıqla işləmək bacarığı;
  • Komandadaxili koordinasiya və effektiv ünsiyyət bacarıqları;
  • Çevik qərarvermə bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.