Bakı,
Azərbaycan
05.08.2025 10:15
-
05.09.2025 12:00
İş haqqında məlumat
- Maliyyə sənədlərinin işlənməsi və arxivləşdirilməsi;
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Debitor və kreditor borclara nəzarət olunması və hesabatların rəhbərliyə təqdim olunması;
- Əmək haqqı, son haqq hesabların hazırlanması və mühasibatlıq proqramına işlənməsi;
- Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək, riskləri müəyyənləşdirmək;
- Xərclərin təyinata uyğunluğunu izləmək;
- Mənfəət və zərər hesabatının hazırlanmasında iştirak;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;
- Maliyyə rəhbərinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti
- Şirkət: “Nur Collection” MMC;
- İş yeri: Abşeron rayonu Əliağa Vahid 1 küçəsi;
- 6 günlük iş həftəsi (6-cı gün qısa iş rejimi növbəli);
- Nahar fasiləsi: 13:00-14:00;
- Nahar müəssisə tərəfindən təmin edilir;
- Əmək haqqı 600-800 AZN (Namizədin biliklərinə əsasən dəyişir).
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Maliyyə üzrə kiçik mütəxəssis “ Mövzu bölməsində göstərin.
Qeyd: Yalnız vakansiyada qeyd olunmuş tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Uyğun olmayan müraciətlərə geri dönüş təmin olunmaya bilər.
Tələblər
- Ali iqtisadi/maliyyə təhsili;
- Minimum 1 il maliyyə üzrə iş təcrübəsi;
- Rus dili arzu olunandır;
- Komanda ilə işləmək bacarığı;
- MS Office (Excel-Əla səviyyə), 1 C proqramı üzrə biliklər.