Bakı,
Azərbaycan
24.06.2025 11:47
-
24.07.2025 12:00
İş haqqında məlumat
- İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək;
- Şirkətin maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;
- Büdcə nəzarəti üçün zəruri olan məlumatları toplamaq və işləmək;
- Hesabatları dəqiq və razılaşdırılmış müddətlərdə hazırlamaq;
- Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi;
- Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi;
- 1C: Mühasibat 8.3 (və ya müvafiq versiya) proqramında əməliyyatların aparılmasını dərindən bilmək, Operatorların daxil etdiyi sənədləri yoxlamaq, Aylıq bağlanış, hesabatların hazırlanması (ƏDV, DSMF, mənfəət vergisi, kassa, bank və s.) dövriyyə cədvəlləri, qalıq və hərəkət hesabatları ilə işləmək;
- Debitor və kreditor borcların nəzarəti və analizini apara bilmək;
- Korporativ nömrə ilə təmin olunur;
- İş qrafiki: 5 günlük;
- İş saatı 08:30 –dan 17:30 -dək;
- İstirahət: Şənbə və bazar günləri;
- Ünvan: Nərimanov r-nu, Ziya Bunyadov 1965, Çinar Park Biznes Mərkəzi.
Tələblər
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Xarici dillər: Rus dili biliyi mütləqdir , İngilis dili arzuolunandır;
- Lisenziya/Sertifikat: ACCA, CFA və ya ekvivalent sertifikata üstünlük verilir;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisasları üzrə);
- Maliyyə sahəsində 5 il iş təcrübəsi;
- 1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
- Vergi və əmək qanunvericiliyi biliyi;
- E-taxes.gov.az, E-gov.az portallarında işləmə təcrübəsi.