Sanidez

Maliyyə və mühasibatlıq üzrə aparıcı mütəxəssis

Sanidez
Ə/h razılaşma ilə
433
Tam iş günü
Bakı, Azərbaycan
14/11/2025 - 14/12/2025

İş haqqında məlumat

  • Günlük bank əməliyyatlarının icrasını və ödəniş tapşırıqlarının hazırlanmasını təmin etmək;
  • Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
  • Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Qaimə-fakturaların və e-qaimələrin tərtibi, göndərilməsi və uçotunun aparılması;
  • Bank hesabları, kassa, əmək haqqı, ödəniş cədvəlləri, müqavilələr və təchizatçılarla hesablaşmaların uçotunu aparmaq;
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması, o cümlədən:
  • Profit and Loss (P&L) – gəlir və xərclərin təhlili və nəticənin hesablanması;
  • Balance Sheet – aktivlər, öhdəliklər və kapitalın balanslaşdırılmış uçotu;
  • Cash Flow Statement – pul vəsaitlərinin hərəkətinin (operativ, investisiya və maliyyə fəaliyyətləri üzrə) tərtibi;
  • Excel-də analitik cədvəllərin, dinamik hesabatların və maliyyə göstəricilərinin hazırlanması (formullar, pivot table, maliyyə analizləri)

İş şəraiti

  • İş qrafiki: 6 gün 09:00-18:00
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək (1200-2000 manat )
  • İş ünvanı: Sabit Rəhmanov 35A

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (mütləqdir)
  • İngilis dilini bilmək üstünlükdür.
  • 1C mühasibat proqramı və MS Excel proqramlarında yüksək səviyyəli biliklər;
  • Bank əməliyyatları, ödəniş tapşırıqları və e-qaimə sistemi üzrə praktiki təcrübə;
  • Maliyyə hesabatlarının (P&L, Balance, Cash Flow) hazırlanması üzrə təcrübə;
  • Vergi Məcəlləsi, ƏDV və mənfəət vergisi hesabatları üzrə biliklər;
  • Analitik düşüncə tərzi, məsuliyyətlilik və diqqətlilik;
  • Komanda ilə işləmək və vaxtı effektiv idarəetmə bacarığı.

Oxşar vakansiyalar