Bakı,
Azərbaycan
05/12/2025
-
12/12/2025
İş haqqında məlumat
- Tamlığı təmin edərək malları yoxlamaq və dəqiqliklə qəbul etmək
- Gözləntilərin qarşılandığına əmin olmaq üçün gələn malları yoxlamaq və hər hansı uyğunsuzluqları aradan qaldırmaq
- Standart Əməliyyat Prosedurlarına (SOP) uyğun olaraq bütün müvafiq rəqəmsal və fiziki qeydlər üzrə daxilolmaları dəqiq şəkildə sənədləşdirmək
- Malların qəbulu və saxlanılması üçün təyin edilmiş sahələrin təmizliyini təmin etmək və mağazanın ümumi təmizliyində iştirak etmək
- Malları təyin edilmiş Standart Əməliyyat Prosedurlarına uyğun qaydada anbarda saxlamaq (məs. ideal arxa otaq)
- Malların qeriqaytarılması və transferları üzrə əməliyyatların səmərəli və doğru şəkildə icra olunması.
- Standart əməliyyat prosedurlarına və digər müvafiq prosedurlara riayət edərək tullantı prosesinin dəqiqliyini təmin etmək
- Tələb olunan formanı geyinmək, bəcləri taxmaq və punktual olmaq
- Təhlükəsizlik göstərişləri və nizamnamələrinə riayət etmək
- Gündəlik mağaza əməliyyatlarına nəzarət, düzgün fəaliyyət və müvafiq standart əməliyyat prosedurlarına riayət olunmasının təmin edilməsinə
- İtkiləri minimuma endirərkən məhsulun əlçatanlığını təmin etmək üçün inventarın idarə edilməsi
- Məhsulların təzəliyini saxlamaq üçün düzgün stok rotasiyası prosedurlarını həyata keçirmək
- Sistem qiymətləri və təyin edilmiş prosedurlara uyğunluğu təmin etmək üçün qiymət etiketlərini müntəzəm olaraq monitorinq etmək
- Təmizlik standartlarına riayət edərək təmizliyin təmin edilməsi.
- Müştəri məmmuniyyəyinin artırılması üçün müştəri sorğularını,şikayətlərini və rəylərini idarə etmək
- Müştəri məmmuniyyətini və xidmət səviyyəsini yüksəltmək,şirkətin siyasət və prosedurlarına uyğun olaraq mağaza personalını idarə etmək və yönləndirmək
- Mağaza menecerinə nəğd pulla işləmə prosedurlarında təhlükəsizlik və digər başqa protokolların saxlanılmasında köməklik göstərmək
- Məhsulların düzgün etiketləndiyi və qiymətlərin qoyulduğundan əmin olaraq malları rəflərə doldurmaq
- Məhsulların keyfiyyətini və itkilərin azalmasını təmin etmək üçün rəfləri doldurarkən FIFO və FEFO standartlarına riayət etmək
İş rejimi
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı : 2 növbəli iş qrafiki (gündüz/gecə): 07:00-16:00, 23:00-08:00
- Gecə işdən çıxdıqda taksi şirkət tərəfindən qarşılanır
- Vəzifə yüksəlişi mümkündür
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 560-630 manat təşkil edir əlavə olaraq 40 AZN nahar kartı
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil: Vacib deyil;
- İş təcrübəsi: 1 ilə kimi;
- Cins: Bəy namizədlər.
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Malların qəbuledicisi (Anbardar)” yazaraq (051)230-44-68 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.