

Market ehtiyatlarının planlaması üzrə kiçik mütəxəssis
Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
771
Tam iş günü
Bakı,
Azərbaycan
19.05.25
-
19.06.25
İş haqqında məlumat
- Bütün lazımi məlumatlara uyğun olaraq təchizatçılara düzgün manual və ya avtomatik sifarişlər vermək;
- Çatdırılmaların tezliyinə nəzarət etmək və hər hansı problem yarandıqda Kommersiyaya məlumat vermək;
- Mağazalarda və Paylama Mərkəzində artıq ehtiyatların olması və ya ehtiyat çatımazlığının olmasının qarşısını almaq;
- Promo sifarişlərini idarə etmək;
- Hər mağaza və ya DC üçün əsas təchizatçı, logistik kənarlaşma (LV) üzrə məlumatlara nəzarət etmək;
- Bir məhsul üçün iki əsas təchizatçı ilə qarşılaşdıqda, satınalma qrupuna məlumat vermək;
- Hər bir mağaza və ya DC üçün sistemdə manual və ya avtomatik sifarişlər üçün vaxt cədvəlini yeniləmək;
- Bütün sifariş çeşidlərinin avtomatik doldurulma prosesi və manual sifariş üçün aktiv olmasını təmin etmək;
- Lazım gələrsə, sifarişin təsdiqi üçün avto sifariş komandasına dəstək olmaq.
- Yeni açılan mağazalar üzrə sifarişlərin idarə edilməsi;
- Resursların düzgün bölüşdürülməsini təmin etmək və proseslərin vaxtında icrasını izləmək;
- Rəhbərlik və aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək;
- Gecikmələr və resurs çatışmazlıqları ilə bağlı analizlər aparmaq, mümkün riskləri müəyyənləşdirmək və həll yolları təklif etmək;
- Əldə olunan nəticələri qiymətləndirmək və proseslərin optimallaşdırılması ilə bağlı təkliflər irəli sürmək.
Tələblər
- Pərakəndə sahədə planlama təcrübəsi;
- Komandada işləmək bacarığı;
- Analitik və kritik düşünmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara önəm vermə bacarığı; - Yüksək ünsiyyət qabiliyyəti;
- Məlumata əsaslanan analitik düşüncə tərzinə sahib olmaq;
- Güclü kompüter Bacarıqları: MS Office (Word, Excel, Powerpoint, Outlook);
- Power BI, SQL, Tableau, Python - bilməsində üstünlük verilir.