Army Group

Market Müdiri

Army Group
1500 - 2000 ₼
451
Tam iş günü
Bakı, Azərbaycan
15/04/2026 - 15/05/2026

İş haqqında məlumat

Şirkətimiz məsuliyyətli, liderlik bacarıqlarına sahib, təşəbbüskar və peşəkar Market Müdiri vəzifəsi üçün namizəd axtarır.

Vəzifə öhdəlikləri:

  • Marketin ümumi fəaliyyətinin planlaşdırılması, təşkili və gündəlik idarə olunması
  • Satış hədəflərinin müəyyən olunması və bu hədəflərə çatmaq üçün strategiyaların hazırlanması
  • Satış göstəricilərinin mütəmadi təhlili və nəticələrə uyğun tədbirlərin görülməsi
  • Komanda daxilində iş bölgüsünün düzgün aparılması və əməkdaşların motivasiyasının artırılması
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi və müştəri məmnuniyyətinin artırılması
  • Məhsul çeşidinin düzgün idarə olunması, stok səviyyəsinə nəzarət və sifarişlərin vaxtında verilməsi
  • Malların düzgün qəbul olunması, yerləşdirilməsi və vitrinlərin satışa uyğun tərtib olunmasına nəzarət
  • Maliyyə əməliyyatlarına nəzarət, kassa intizamının qorunması
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
  • Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
  • Marketdə baş verən problemlərin operativ şəkildə həll edilməsi və risklərin minimuma endirilməsi

Əlavə məulmat:

  • Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
  • Əmək haqqı: 1500 - 2000 AZN

Tələblər

  • Ali və ya orta ixtisas təhsili
  • Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi (market və ya pərakəndə satış sahəsində üstünlükdür)
  • İdarəetmə və liderlik bacarıqları, komanda ilə işləmə təcrübəsi
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti
  • Ünsiyyət qurma və təqdimat bacarıqları
  • Stressə davamlılıq və operativ qərar vermə bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq
  • MS Office proqramlarında (Word, Excel və s.) sərbəst işləmə bacarıği

Müraciət üçün:


Oxşar vakansiyalar