Baku Design Academy

Marketing / Event Specialist (Middle, 3 years of experience)

Baku Design Academy
Ə/h razılaşma ilə
502
Tam iş günü
Bakı, Azərbaycan
13/02/2026 - 27/02/2026

İş haqqında məlumat

  • Aylıq eventlərin ideya mərhələsindən başlayaraq planlanması, büdcələndirilməsi, təşkili, icrası və post-event hesabatının (rapor) hazırlanmasına qədər bütün prosesə nəzarət etmək;
  • Eventlərdə foto/video çəkilişlərinə (mobil telefonla reels, story üçün qısa videolar daxil) dəstək göstərmək və nəticələrin vaxtında çıxmasını təmin etmək;
  • Daxili və xarici marketinq kommunikasiyalarını idarə etmək (elanlar, duyurular, e-maillər, partnyor yazışmaları və s.);
  • Brend imicinə uyğun olaraq post-event materialların (postlar, e-maillər, recap videolar) hazırlanmasını və sosial media üçün paylaşım prosesinin koordinasiyasını təmin etmək.

Təklif edirik:

  • Aktiv və dinamik iş mühiti;
  • Yaradıcı komanda ilə yaxın çalışma imkanı;
  • Event və kampaniyaların icrasında tam məsuliyyət və təşəbbüs sərbəstliyi;
  • Karyera inkişafı üçün geniş imkanlar;

Baku Design Academy - ölkənin lider təhsil mərkəzlərindən biri olmaqla yanaşı, innovasiya, beynəlxalq yarışmalar, yerli və beynəlxalq dərəcəli peşə ixtisasları mövzularında ölkədə aparıcı mövqe tutan qurumdur.

2026-cı ildə özü ilə bağlı inkişaf-hədəflər planlayan, uğurlar planı listi uzun olan, maraqlı və dinamik bir komandada yerli və xarici mühitdə layihələrdə aktiv rol almaq istəyən hər kəs bizim drive-a qoşulmağa dəvətlidir.

Tələblər

  • Eventlərin təşkili sahəsində 1–3 il praktiki təcrübə;
  • Marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • 22–27 yaş aralığında bəy namizədlər;
  • Yüksək zaman idarəetməsi bacarığı;
  • Aktiv və dinamik iş tempinə uyğunlaşa bilən;
  • Detallara diqqət, məsuliyyətlilik və operativlik;
  • Çevik qrafik və intensiv iş rejimində işləyə bilən;
  • Kreativ düşüncə tərzi və komanda ilə işləmə bacarığı;
  • Sosial media platformaları (story, feed, reels) üzrə bilik;
  • Kontent üçün material seçimi və düzgün yönləndirmə bacarığı;
  • Sosial şəbəkələr üçün foto və video çəkilişi bacarığı (üstünlükdür);

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.