Bakı,
Azərbaycan
22.10.2025 15:44
-
22.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin kommersiya hədəflərinə nail olmaq üçün illik və rüblük marketinq strategiyasını və büdcəsini hazırlamaq;
- Brendin inkişaf strategiyasını yaratmaq və brendin bütün kanallarda vahid şəkildə təqdim olunmasını təmin etmək;
- Yeni məhsulların buraxılışı və mövsümi endirimlər daxil olmaqla, həm ənənəvi (mağaza materialları, radio/TV), həm də rəqəmsal marketinq kampaniyalarını (PPC, E-mail, Display) planlaşdırmaq və idarə etmək;
- Effektiv Sosial Media İdarəetməsi strategiyasını qurmaq və məzmunun hazırlanmasına nəzarət etmək;
- PR fəaliyyətlərini idarə etmək;
- Əsas hədəf olaraq satış müraciətlərinin artırılmasına və telesales/satış komandası üçün yüksək keyfiyyətli leadlərin yaradılmasına fokuslanmaq;
- Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək marketinq fəaliyyətlərinin birbaşa satış nəticələrinə təsirini təmin etmək;
- Marketinq fəaliyyətinin Satış/Telesales komandasına dəstəyini optimallaşdırmaq;
- Marketinq komandasının fəaliyyətini idarə etmək və inkişaf etdirmək;
- Bütün kampaniyaların nəticələrini izləmək, analiz etmək və KPI-lara əsaslanaraq hesabat vermək;
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: Tam ştat;
- Əmək haqqı: 1500 - 2000 AZN.
Tələblər
- Təhsil: Ali təhsil;
- Təcrübə: Marketinq sahəsində minimum 3 il iş təcrübəsi (Elektronika pərakəndə satışı sahəsi arzuolunandır);
- Güclü kommersiya təcrübəsi və marketinqin birbaşa satışa təsirini başa düşmək bacarığı;
- KPI-lar, ROİ və büdcə idarəetməsi ilə işləmə təcrübəsi;
- Kampaniya və kompleks marketinq layihələrinin sıfırdan idarə edilməsi;
- Dil Bilikləri: Azərbaycan dili. Rus və ya İngilis dili bilikləri əlavə üstünlükdür;
- Təşəbbüskarlıq: Yeni ideyalar irəli sürməkdən və onları həyata keçirməkdən çəkinməyən aktiv yanaşma;
- Yaradıcılıq: Standart olmayan həllər və cəlbedici kampaniyalar yaratmaq bacarığı;
- Analitik Düşüncə: Data əsasında qərar qəbul etmə bacarığı.