Nurgun Group

Marketing Mütəxəssisi

Nurgun Group
Ə/h razılaşma ilə
2135
Tam iş günü
Bakı, Azərbaycan
20/02/2026 - 06/03/2026

İş haqqında məlumat

  • Marketinq planının hazırlanması və icrasının koordinasiyası
  • Reklam kampaniyalarının planlaşdırılması və icrasına nəzarət (offline və online)
  • Xarici partnyorlarla (brend təmsilçiləri, istehsalçılar və beynəlxalq agentliklər) yazılı və şifahi kommunikasiya
  • Təchizatçılar, reklam agentlikləri və media tərəfdaşları ilə iş
  • Sosial media və rəqəmsal platformalar üzrə kontent planının hazırlanması və idarə olunması
  • Rəqəmsal kampaniyaların effektivliyinin təhlili və hesabatların hazırlanması
  • Büdcə planlamasında iştirak və xərclərə nəzarət

Tələblər

  • Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil
  • Marketinq və reklam sahəsində 2-3 il iş təcrübəsi
  • Xarici partnyorlarla iş təcrübəsi (əsas üstünlükdür)
  • Rus və ingilis dillərini sərbəst səviyyədə bilməli (mükəmməl səviyyə tələb olunmur, amma aktiv yazışma və danışıq bacarığı vacibdir)
  • Təchizatçılar və agentliklərlə iş təcrübəsi
  • Sosial media platformaları (Google, YouTube, Meta, TikTok, LinkedIn və s.) və rəqəmsal reklam alətləri üzrə praktik bilik
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Analitik düşünmə və nəticəyönümlülük

Şəxsi keyfiyyətlər:

  • Güclü kommunikasiya və təqdimat bacarığı
  • Məsuliyyətli və təşəbbüskar
  • Komandada və müstəqil işləmək bacarığı
  • Vaxtın effektiv idarə olunması

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.