Baku Design Academy

Marketing Project Manager

Baku Design Academy
Ə/h razılaşma ilə
467
Tam iş günü
Bakı, Azərbaycan
06/05/2026 - 20/05/2026

İş haqqında məlumat

  • Bütün proseslərin aparıcı mütəxəssisi - şirkət xarici və daxili əlaqələr, layihələrin yönləndiricisi, stakeholderlərlə əlaqə, outsource işçilərimiz ilə də kommunikasiya (tik tokerlər, influencerlər, creative komandalar, digital dəstək).

Əsas öhdəliklər:

  • Marketinq və kontent komandasının layihələrini brifdən təslimə qədər aparmaq. 
  • Kreativ komanda üçün marketinq tələblərinə əsasən brif hazırlamaq, kreativi qiymətləndirmək.
  • Layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək.
  • Layihələr üzrə irəliləyişləri izləmək, hesabat hazırlamaq və nəticələri təqdim etmək.
  • Qrupların start tarixləri ilə reklam kampaniyalarının uyğunlaşdırılması.
  • Birbaşa rəhbərin ötürdüyü strateji layihələri operativ səviyyədə icra etmək.
  • Creative, PR, KİV-media kimi sahələrdə təşəbbüskar olub təkliflər vermək.

Biz nə təklif edirik?

  • Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.
  • Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi. 
  • Aydın karyera yolu: 2–3 il ərzində Rəhbər pozisiyasına hazırlıq və keçid imkanı.

Tələblər

  • Marketinq və layihə idarəetməsində 4–5 il təcrübə, üstünlük: B2C məhsul (EdTech, fintech, e-commerce, sığorta, telco) və ya güclü marketing agentliyi.
  • Layihələri brifdən nəticəyə qədər müstəqil aparma təcrübəsi: deadline, büdcə, komanda koordinasiyası.
  • Data ilə rahat işləmə: dashboard-ları oxumaq, Excel/Google Sheets, rəqəmlərə düzgün suallar verə bilmək.
  • Kreativ komandanı koordinasiya etmək və kreativi konkret meyarlarla qiymətləndirmək bacarığı.
  • Performance marketing barədə əsas anlayış: CPL, CPM, CTR, CR, ROAS — bunların nə olduğunu və bir-birinə necə bağlandığını başa düşmək. Kampaniya qurmaq tələb olunmur, amma podratçının hesabatını oxuya bilmək — bəli. 
  • Satış funnelinin məntiqini başa düşmək: reklam → lead → satış mərhələlərində nəyin haraya təsir etdiyini görmək.
  • Əsas keyfiyyətlər: dataya əsaslanan düşüncə, sürət, müstəqillik, problem həlletmə vərdişi, öyrənmə həvəsi. Yüksək dinamikada və dəyişən prioritetlər mühitində işləmək bacarığı. Sosial, aktiv, yumşaq bacarıqları, xüsusilə kommunikasiya bacarıqları. 
  • Azərbaycan dili — sərbəst. Rus və/və ya İngilis — texniki resurslar üçün vacibdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.