Collezione İtalia

Marketing şöbə Rəhbəri

Collezione İtalia
Ə/h razılaşma ilə
3613
Tam iş günü
Bakı, Azərbaycan
29/01/2026 - 12/02/2026

İş haqqında məlumat

  • Şirkətin ümumi marketinq və rəqəmsal marketinq strategiyasının hazırlanması, kvartal və illik planların qurulması və icrasına nəzarət
  • Sosial media kanalları və digər rəqəmsal platformalarda reklamların idarə edilməsi, həftəlik və aylıq brief-lərin hazırlanması və icrası
  • Video və vizual kontentin konseptinin müəyyən edilməsi, kontent istehsal prosesinə nəzarət
  • Şirkətin digital kanalları üçün aylıq kontent planının hazırlanması, bu kontent üzrə büdcə strategiyasının qurulması və reklamların yerləşdirilməsi
  • Məhsul və kampaniyalar üzrə hədəf auditoriyasının düzgün müəyyən edilməsi, effektiv targetinqin qurulması və reklamların aktiv saatlarının optimallaşdırılması
  • SEO, SEM, PPC kampaniyalarının planlanması, icrası və nəticələrinin təhlili
  • Sosial media və digər rəqəmsal kanalların gündəlik idarə edilməsi və inkişaf etdirilməsi
  • SMM komandasının idarə olunması, performansının artırılması və komandanın inkişafı
  • Şirkətə məxsus saytın idarə olunması və optimallaşdırılması
  • Google Analytics, Facebook Ads Manager, Google Ads və digər analitika və reklam platformalarının effektiv istifadəsi
  • Rəqəmsal kanallar üzrə gələn trafikin ölçülməsi və analiz edilməsi
  • Reklam büdcələrinin ROI (Return on Investment) əsaslı optimizasiyası
  • Story və gündəlik paylaşımların vaxtında və düzgün icrasına nəzarət
  • Müştəri davranışlarının və reklam nəticələrinin analitik alətlər vasitəsilə dərin təhlili
  • Sosial media reklam strategiyasının qurulması, KPI-ların izlənməsi və optimallaşdırılması
  • Komandanın işinin düzgün koordinasiyası və brieflərin effektiv icrasına nəzarət
  • Həftəlik və aylıq reklam kampaniyaları üzrə analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Rəqəmsal marketinq trendlərinin davamlı izlənməsi və brend strategiyasına tətbiqi

Şərtlər:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 5 iş günü, istirahət-şənbə və bazar günü
  • İş saatı: 10:00-19:00
  • Əmək haqqı namizədin bilik və bacarıqlaırna uyğun olaraq müəyyən ediləcək.

Tələblər

  • Premium seqmentdə mebel, santexnika, mətbəx avadanlıqları, qapı və parket və.s kimi məhsul kateqoriyaları üzrə iş təcrübəsi əhəmiyyətli üstünlük hesab olunur.
  • Əla səviyyədə Azərbaycan və rus dili bilikləri 
  • "Copywriting" qabiliyyəti (Azərbaycan və rus dillərində) 
  • Bakalavr dərəcəsi mütləqdir 
  • Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti 
  • Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli 
  • Komandada işləmək qabiliyyəti 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.