Badamlı Mineral Sular

Marketinq Direktoru

Badamlı Mineral Sular
Ə/h razılaşma ilə
1133
Tam iş günü
Bakı, Azərbaycan
02/03/2026 - 16/03/2026

İş haqqında məlumat

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası
  • İllik marketinq planının və büdcəsinin hazırlanması və idarə olunması
  • Badamlı brendinin inkişaf strategiyasının formalaşdırılması və həyata keçirilməsi
  • Reklam və kommunikasiya strategiyalarının hazırlanması və idarə olunması
  • Digital marketinq fəaliyyətlərinə rəhbərlik etmək
  • Sosial media və kontent strategiyasına nəzarət etmək
  • Yeni məhsulların bazara çıxarılması prosesinin idarə olunması
  • Bazar və rəqib analizlərinin aparılmasına rəhbərlik etmək
  • Marketinq kampaniyalarının effektivliyini qiymətləndirmək
  • Satış komandası və distributorlarla koordinasiyalı fəaliyyət göstərmək
  • Marketinq komandasının idarə olunması və inkişaf etdirilməsi
  • Reklam və media agentlikləri ilə işin təşkili və idarə olunması
  • Marketinq xərclərinin effektivliyinin qiymətləndirilməsi (ROI)

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün (09:00 – 18:00)
  • İş yeri: Bakı
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Tələblər

  • Marketinq, Biznes idarəçiliyi və ya oxşar sahə üzrə ali təhsil
  • Marketinq sahəsində minimum 5 il iş təcrübəsi
  • Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi
  • FMCG sektorunda iş təcrübəsi üstünlükdür
  • Marketinq strategiyası qurmaq bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Liderlik və komanda idarəetmə bacarığı
  • Güclü kommunikasiya və təqdimat bacarıqları
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
  • Azərbaycan dili sərbəst, İngilis dili üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar